Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:20

«Gürcüstan azərbaycanlılarının problemləri ümumi Gürcüstan əhalisinin problemləridir»


Səs: Real audio
Yanvarın 22-də qurumun fövqəladə qurultayı keçiriləcək "Qlobus"un bu dəfəki qonaqları:



- Gürcüstan parlamentinin azərbaycanlı deputatı Kamal Muradxanlı;



- Gürcüstandakı Vətəndaş İnteqrasiyası Fondunun rəhbəri Zaur Xəlilov;



- İsveçdəki Azərbaycan Federasiyasının sədri Eldar Qaradağlı;



- və Almaniyanın Bohum şəhərindən Nilufər İbrahimova



Bu dəfəki "Qlobus"un birinci hissəsində Gürcüstan azərbaycanlılarının problemlərindən söhbət açırıq.



Azərbaycanlıların kompakt şəkildə yaşadığı ölkələrdən biri Gürcüstandır. Qeyri-rəsmi məlumatlarda qonşu respublikada 500 minə yaxın azərbaycanlının yaşadığı deyilir. Gürcüstandakı azərbaycanlıların əksəriyyəti tarixən aqrar sahədə çalışdığı üçün onların əsas problemi torpaqla bağlıdır. Bundan başqa, dövlət dilini mükəmməl bilməmələri onlar üçün təhsil almaqda və işə düzəlməkdə çətinliklər yaradır.



Gürcüstan azərbaycanlılarının bugünkü durumu, üzləşdiyi problemlər və bunların həlli yolları barədə "Qlobus"a Gürcüstan parlamentinin azərbaycanlı deputatı, Gürcüstan azərbaycanlılarının "Yeni Yol" İttifaqının sədri Kamal Muradxanlı və Vətəndaş İnteqrasiyası Fondunun rəhbəri Zaur Xəlilov danışırlar.



Kamal Muradxanlı deyir ki, Gürcüstandakı azərbaycanlıların problemləri ümumi Gürcüstan əhalisinin problemləridir və bu problemlər keçmiş iqtidardan qalıb.



Gürcüstanda anadan olan azərbaycanlı, hazırda Gürcüstandakı Vətəndaş İnteqrasiyası Fonduna rəhbərlik edən Zaur Xəlilova görə isə, azərbaycanlıların problemləri onların özlərindədir. Yəni azərbaycanlılar öz tələblərini, etirazlarını lazımi şəkildə ifadə edə bilmirlər.



Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib ki, yaxın vaxtlarda Azərbaycan Nazirlər Kabinetinin sərəncamı ilə Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı işçi qrup yaradılacaq. Sərəncamda Gürcüstan azərbaycanlılarının problemlərinə dair tədbirlər planı öz əksini tapacaq.



İkinci qonağımız İsveçdən Eldar Qaradağlıdır. O, Təbrizdə anadan olub, siyasi məsələlərlə bağlı İranı tərk edib, əvvəlcə Bakıya, 2000-ci ildə isə İsveçə gəlib. Hazırda Höteborq şəhərində yaşayır, diasporanın təşkilatlanmasında fəal iştirak edir.



Ötən ilin avqust ayında Eldar Qaradağlı İsveçdəki 20-dən çox Azərbaycan cəmiyyətini birləşdirən Azərbaycan-İsveç Federasiyasının sədri seçilib.



"Qlobus"un axırıncı qonağı Almaniyanın Bohum şəhərindən Nilufər İbrahimovadır. Nilufər xanım Bakıda Tibb Universitetini bitirib, Azərbaycanda fəaliyyət göstərən Alman Akademik Mübadilə Proqramının xətti ilə Almaniyaya elmi işini davam etdirməyə gəlib. Hazırda Bohum şəhərində həkim kimi çalışır.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG