Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:17

AMİP sədrinə etimadsızlıq göstərilib<p align=`left`><br><br>


Səs: Real audio
Yanvarın 22-də qurumun fövqəladə qurultayı keçiriləcək Milli İstiqlal partiyası [AMİP] Mərkəzi Şurasının yanvarın 8-də keçirdiyi toplantıda bu qurumun sədri Əli Əliyevə etimadsızlıq göstərilib. AMİP Siyasi Şurasının üzvü Rauf Mirqədirov deyir ki, qurultaya qədər sədrin səlahiyyətlərini Mərkəzi Şuranın sədri Ayaz Rüstəmov icra edəcək.



Yığıncaqda çıxış edən AMİP lideri Etibar Məmmədov bundan sonra partiyanın işində yaxından iştirak etmək qərarı verdiyini bildirir.



Yanvarın 8-də ADP-nin qərargahında Əli Əliyevin də rəhbərliyi ilə AMİP Mərkəzi Şurasının digər üzvlərinin iclası keçirilib. Tədbir zamanı və sonra Əli Əliyevlə əlaqə saxlamaq cəhdlərimiz nəticə vermədi.



Partiyanın sədri Etibar Məmmədov 2004-cü ilin dekabrında öz postundan istefa verib. Həmin vaxt o sədr səlahiyyətlərinin müvəqqəti icrasını məhz Əli Əliyevə tapşırmışdı. 2005-ci ilin mart ayında keçirilən qurultayda isə Əli Əliyev AMİP-in sədri seçilmişdi.



Partiyada mübahisələr son parlament seçkilərindən sonra yaranıb. AMİP-in "Azadlıq" bloku ilə daha da yaxınlaşması, həmçinin MSK-da bu partiyanı təmsil edən katibin seçkinin yekun nəticələrinə dair protokolu imzalamasına görə sədr Əli Əliyev və onun tərəfdarları ilə Siyasi Şura üzvlərinin bir qismi arasında ziddiyyətlər yaranıb.
XS
SM
MD
LG