Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:45
Rubrikalar

Şimal qonşu – «Qazprom»


Səs: Real audio
Buna səbəb dizelin bahalaşmasıdır - Belə bir fikir var ki, Rusiya post-Sovet ölkələrində ən güclü təzyiq mexanizmlərindən birini – qazı işə salıb və bunun qarşısını heç cür almaq olmaz. Bu fikirlə razısınızmı?



Yerevandan İstehlakçılar Assosiasiyasının sədri Armen Poqosyan: - Mən bununla razılaşa bilmərəm. Yenə deyirəm, siyasi əsas həmişə var… Amma biz bilirik ki, OPEK də qiymətlərin həddi ilə belə davranır. Rusiya da yanacaqla zəngindir, ona görə də mən belə yanaşmanı məntiqi hesab edirəm.



- Sizcə, bazar öz haqqını tələb edir?



Bakıdan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov: - "Qazprom"un kim olduğunu bilməsəydik, bu tezislə razılaşmaq olardı. Aksiyalarının 38 faizi hökumətin, 13 faizi dövlət müəssisələrinindir. Direktorlar Şurasının direktoru baş nazirin müavinidir. "Qazprom" iqtisadi siyasətin, Rusiyanın xarici siyasətinin ifadəsidir.



- Bəs Gürcüstanla Rusiyanın münasibətlərində qazın yeni qiyməti necə başa düşülür?



Tbilisidən müstəqil iqtisadçı Revaz Sakevarişvili: - Gürcüstanda bir neçə dəfə deyilib ki, bu asılılıqdan qurtarmağın haqqıdır. Mən qaz məsələsinə ayrıca baxmazdım. Rusiyanın Gürcüstana təzyiqi son bir neçə ildir görünür. Bu, müstəqilliyin haqqıdır.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG