Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:22

Milli Ordunun dörd hərbçisi həlak olub


Səs: Real audio
Buna səbəb dizelin bahalaşmasıdır Yanvarın 6-da Müşfiqabad qəsəbəsi yaxınlığında baş vermiş avtomobil qəzası nəticəsində Milli Ordunun üç zabit və bir əsgəri həlak olub.



«Turan» İnformasiya Agentliyinin yaydığı məlumata görə, polkovnik-leytenant Namiq Həmidov, mayor Namiq Axundov, leytenant Mehman Abdullayev və sıravi Elvin Məmmədov UAZ maşınının başqa avtomobillə toqquşması nəticəsində həlak olub.



Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatında deyilir ki, baş verənlərlə bağlı cinayət işi qaldırılıb, istintaq aparılır.



Nazirlik mərhumların yaxınlarına və qohumlarına başsağlığı verir.
XS
SM
MD
LG