Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:35

Gənclərin ikisi aclığı dayandırdı, bir nəfər isə yenidən aksiyaya qoşuldu


Səs: Real audio
Buna səbəb dizelin bahalaşmasıdır Siyasi baxışlarına görə təhsil aldıqları universitetlərdən xaric olunduqlarını iddia edərək aclıq edən gənclərin ikisi – Seymur Həziyev və İsmayıl Allahverdiyev aksiyanı dayandırıblar. Aksiya iştirakçısı – «Məqam» Vətəndaş Hərəkatının koordinatoru Emin Hüseynov deyir ki, ADP üzvü İsmayıl Allahverdiyev dekabrın 7-nə keçən gecə səhhətində baş verən ciddi problemə görə, aclığı dayandırıb. AXCP Gənclər Komitəsinin sədri Seymur Həziyev isə dekabrın 7-si səhər bəzi təşkilati işlərlə bağlı aksiyaya son qoyub.



Emin Hüseynov əlavə edir ki, dekabrın 7-də səhər «Yeni Fikir» Gənclər Təşkilatının üzvü Elnur Məmmədov yenidən aclıq aksiyasına qoşulub.



Elnur Məmmədov yanvarın 1-də aksiyaya qoşulsa da, iki gün sonra həkimlərin məsləhəti ilə aclığı dayandırmışdı.



Gənclərin aksiyası ötən il dekabrın 28-dən başlayıb. Onlar artıq 11 gündür ki, aclığı davam etdirirlər. Bu müddət ərzində gənclərə ombudsman Elmira Süleymanova, hüquq müdafiəçiləri, Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, bəzi siyasi partiyaların sədrləri, ziyalılar, ağsaqqallar və digər şəxslər baş çəkib, aksiyanı dayandırmağı xahiş ediblər. Ancaq onlar ali məktəblərə bərpa olunmayınca, aclığı davam etdirəcəklərini deyirlər.



Hazırda aksiyaçılar çətinliklə danışırlar. Həkimlər isə Emin Hüseynovun qidalandırıcı iynə və ağrıkəsici dərmanlardan imtina etməsini rəsmiləşdirmək məcburiyyətində qalıblar.



Hazırda aclıq edənlərin sayı dörd nəfərdir. Turan Əliyev və Namiq Feyziyev ali məktəblərdən kənarlaşdırılanlar, Emin Hüseynov və Elnur Məmmədov isə onlarıın universitetlərə bərpa olunmaq tələbini dəstəkləyənlərdi.



Təhsil naziri Misir Mərdanov keçmiş tələbələrin siyasi baxışlarına görə universitetlərdən kənarlaşdırılması ittihamını qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG