Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:06

Kreditlərin əsas hissəsi fiziki şəxslərə verilib


Səs: Real audio
Buna səbəb dizelin bahalaşmasıdır Milli Bankın Mətbuat Xidmətindən «AzərTAc»a bildiriblər ki, 2005-ci il dekabrın 1-nə vaxtı keçmiş kreditlər nəzərə alınmaqla, iqtisadiyyatın sahələri üzrə kredit qoyuluşları 6792,6 milyard manat təşkil edib.



Kreditlərin 30,18 faizi və ya 1946,1 milyard manatı fiziki şəxslərə verilib. Ticarət və xidmət sahəsinə 1717,7 (ümumi kreditlərin 26,64 faizi), nəqliyyat və rabitə sahəsinə 613,8 (9,52 faiz), yüngül və ağır sənayeyə isə 409,4 milyard manat (6,34 faiz) kredit yönəldilib.



Energetika və təbii ehtiyatlar sahəsinə 722,5 (11,21 faiz), kənd təsərrüfatına isə 480,9 milyard manat (7,46 faiz) kredit verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG