Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:49
Rubrikalar

Bu il daha 500 min abunəçiyə qaz sayğacı quraşdırılacaq


Səs: Real audio
Məqsədin Elmar Hüseynovun qətlini araşdıran istintaqa təsir etmək olduğu bildirilir - İqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, dizel yanacağının qiymətinin qaldırılmasının kənd təsərrüfatına ziyan vurmaması üçün ünvanlı subsidiyalar veriləcək. Onun sözlərinə görə, bu cür subsidiyalar – dövlət büdcəsindən ayırmalar üçün ölkə başçısı da tapşırıqlar verib. Heydər Babayev bildirib ki, bu məsələ hökumətdə müzakirə olunacaq və konkret hansı təsərrüfat subyektlərinin subsidiya alacağı məlum deyil.



- "Azəriqaz" Səhmdar Cəmiyyətindən "AzərTAc" agentliyinə bildiriblər ki, qaz sayğacı olmadan təbii qaz istifadə edən vətəndaşlar yanvarın 31-dək ailə tərkibi haqqında arayışları yaşadıqları rayonda qaz istismar idarələrinə təqdim etməlidirlər. Fevralın 1-dək arayışı verməyən həmin abunəçilərə qazın verilməsi məhdudlaşdırılacaq və tədricən dayandırılacaq. "Azəriqaz"dan həmçinin bildiriblər ki, indiyə qədər 311 min abunəçi qaz sayğacı ilə təmin olunub və bu il daha 500 min abunəçiyə sayğac quraşdırılacaq.



- Milli Bankın yanvarın 6-a olan valyuta kurslarına əsasən, 1 ABŞ dolları 92 qəpik və ya 4 592 köhnə Azərbaycan manatı, 1 avro 1 manat 11 qəpik və ya 5 551 köhnə Azərbaycan manatı, 1 rus rublu isə 3 qəpik və ya 160 köhnə Azərbaycan manatıdır.
XS
SM
MD
LG