Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:07

Müxalifət yeni blokda birləşmək haqda düşünür


Səs: Real audio
Yanvarın 6-da "Azadlıq" bloku, eləcə də Milli İstiqlal partiyası [AMİP] və Milli Birlik Hərəkatı bir araya gələrək seçkidə iştirak etmiş müxalifət partiyalarının yeni siyasi blokunu yaratmaq məsələsini müzakirə ediblər AXCP sədri Əli Kərimli təmsil olunduğu qurum adından toplantı iştirakçılarına "Azadlıq" bloku və Milli Birlik Hərəkatının bazasında yeni siyasi blokun yaradılması haqda saziş layihəsi təqdim etdiyini deyir. Onun sözlərinə görə, bu blok seçkidə iştirak etmiş müxalifət qurumlarının "mükəmməl birliyi" olacaq.



Əli Kərimli əlavə edir ki, saziş layihəsi partiyalarda müzakirə edildikdən sonra məsələyə yenidən qayıdılacaq.



Yığıncaqda müxalifət partiyalarının Mərkəzi Seçki Komissiyasında [MSK] təmsilçiliyi məsələsi də müzakirə olunub. AXCP sədrinin sözlərinə görə, toplantıda belə qərara alınıb ki, MSK-nın hazırda təklif olunan variantda formalaşması demokratik seçkilərə heç bir zəmanət yaratmır. Əli Kərimli deyir ki, "Azadlıq" bloku, AMİP və Milli Birlik Hərəkatı MSK tərkibinin paritet əsaslarla formalaşmasını təkid edir. Onlar yalnız bu halda öz namizədlərini verəcəklərini bildirirlər.
XS
SM
MD
LG