Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:08

Gənclər inadlarından dönmürlər


Səs: Real audio
İnsan hüquqları üzrə müvəkkil, hüquq müdafiəçiləri və müxalifət partiyaları rəhbərlərinin xahişinə baxmayaraq, onuncu gündür aclıq aksiyası keçirən tələbələr aksiyanı dayandırmırlar Dekabrın 28-dən AXCP-nin müvəqqəti qərargahında aclığa başlayan gənclər Namiq Feyziyevlə Turan Əliyevin qovulduqları ali məktəblərə bərpa olunmasını tələb edirlər.



Yanvarın 6-da onlara baş çəkən insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirdi ki, gənclərin xaric olunduğu universitetlərin rektorlarıyla vəziyyəti müzakirə edib. Ombudsmanın sözlərinə görə, konkret nəticə olmasa da, məsələyə baxılır.



Aksiya iştirakçıları isə bildirdilər ki, Turan Əliyevlə Namiq Feyziyev universitetlərə bərpa olunana qədər aclığı davam etdirəcəklər.



Yanvarın 6-da aclıq edənlərə ABŞ, Almaniya, Norveç, Böyük Britaniya səfirliklərinin və ATƏT-in Bakı Ofisinin nümayəndələri də baş çəkdilər. ABŞ səfirliyinin insan hüquqları üzrə müşaviri Pol Merin bildirdi ki, məsələ araşdırılır:



«Sizin vəziyyətiniz haqda məlumatımız var. İstəyirik ki, problem həllini tapsın. Bizim burada olmağımız müsbət haldır. Azərbaycanda insan haqlarının vəziyyətindən həmişə narahatlıq keçirmişik».



Norveçin «İnsan Hüquqları Evi» Fondu da təhsil naziri Misir Mərdanovu Namiq Feyziyevlə Turan Əliyevin universitetlərə bərpa etməyə çağırıb.



Vəkil Osman Kazımov isə bildirdi ki, tələbələrin təhsil hüququnun bərpası üçün məhkəməyə müraciət edəcək.



«Yeni Fikir» Hərəkatının üzvü Namiq Feyziyev, AXCP Gənclər Komitəsinin üzvü Turan Əliyev və «Məqam» Hərəkatının koordinatoru Emin Hüseynov dekabrın 28-də aclıq aksiyasına başlayıb. Bu müddətdə onlara daha iki nəfər də qoşulub. Onlar Namiq Feyziyevlə Turan Əliyevin siyasi baxışlarına görə universitetdən qovulduqlarını bildirilər. Təhsil naziri Misir Mərdanov isə ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG