Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:18

Bu dəfəki qonağımız millət vəkili Səməd Seyidovdur


Səs: Real audio
Milli Bank qarşıdakı günlərdə bu problemin həll olunacağını bildirir Bu dəfəki qonağımız Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı [AŞPA] nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur. Hazırda bir neçə vəzifənin daşıyıcısı olan cənab Seyidov vaxtın azlığından gileylənənlərin səmimiyyətinə inanmır. O deyir ki, işə məsuliyyətlə yanaşanda, vaxt azlığı hiss olunmur



- Siz həm Azərbaycanın millət vəkili, həm parlamentdə komissiya sədri, həm də AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbərisiniz. Bu, Sizin həyat tərzinizə çevrilməz ki, sonra nə vaxtsa vəzifədən ayrılanda çətin olsun?



- Hər bir insan bilməlidir ki, o, vəzifəyə gələn gündən işdən çıxardılır. Vəzifəyə qədər sən bu vəzifənin sahibi deyilsən. Ancaq vəzifəyə gələndən sonra bilməlisən ki, nə vaxtsa bu vəzifədən gedəcəksən. Bizdə – Azərbaycanda ən vacib məsələlərdən biri istefa mədəniyyətinin formalaşmasıdır. Bu isə ümumi demokratik dəyərlərin formalaşması ilə birbaşa bağlıdır. İnsan vəzifədə öz fəaliyyətini normal şəkildə, açıq, demokratik prinsiplər əsasında qurubsa, onun vəzifədə olub-olmamağı heç bir əhəmiyyət kəsb etmir... İnsan cəmiyyətdə formalaşandan sonra heç vaxt heç yerə getmir. İnsan cəmiyyətdə formalaşa bilmədisə, onda onun vəzifədən getməyi faciəyə çevrilir. Gərək, insan öz fikirləri, davranışı ilə cəmiyyətdə özünə layiq bir yer tutsun.



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG