Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:05

AMİP-də böhran dərinləşir


Səs: Real audio
Milli Bank qarşıdakı günlərdə bu problemin həll olunacağını bildirir Bu proses parçalanmaya apara bilərmi?



Müşahidələr Milli İstiqlal partiyasında [AMİP] böhranın pik nöqtəsinə çatdığını deməyə əsas verir. Çünki bu günə kimi pərdə arxasında baş verənlər artıq aydınlaşmağa başlayır. İndiyədək bu partiyanın Siyasi Şura üzvləriylə sədr Əli Əliyev arasında gedən mübarizə sədrlə partiya lideri Etibar Məmmədovun açıq qarşıdurmasına keçib.



Yanvarın 5-də AMİP sədri Əli Əliyev keçirdiyi mətbuat konfransında açıq bəyan edib ki, son bir ildə, xüsusən də 6 noyabr seçkisindən sonra AMİP-də baş verənlərin arxasında partiyanın lideri Etibar Məmmədov durur. 1988-ci ildə hərəkata gəlmiş Etibar Məmmədov 1990-cı ilin yanvarında baş verənlərdən sonra həbs olunaraq Moskvaya aparılmışdı. Onun azadlığa buraxılması üçün o zaman ölkə əhalisi bir milyon imza toplamışdı. Etibar Məmmədov xalq hərəkatı nəticəsində yaranan Xalq Cəbhəsindən ayrılaraq Azərbaycanda ilk partiyanı – Milli İstiqlal partiyasını yaradıb. İndiyədək hakimiyyətdə nə özü, nə partiyası təmsil olunmayıb, 2004-cü ilin sonlarında aktiv siyasətdən çəkilərək partiya sədrliyindən istefa verib. Amma bununla belə o, AMİP-in lideri statusunu qoruyub.



Əli Əliyev deyir ki, təxminən bir il öncə sədrlikdən istefa verən Etibar Məmmədov hər iki qurultayda onun əleyhinə təbliğat aparıb, onun sədr seçilməsini istəməyib. Və son bir ildə onun fəaliyyətini iflic etmək istiqamətində iş aparır. Partiyanın bütün strukturlarında ona yaxın adamları yerləşdirib və onlar sədr kimi Əli Əliyevə yox, məhz Etibar Məmmədova tabe olurlar.



Əli Əliyevin sözlərinə görə, seçkidən sonra böhran daha da dərinləşib. Ona təzyiq olunur ki, Mərkəzi Seçki Komissiyasının yekun protokoluna imza atdığı üçün partiyadan uzaqlaşdırdığı baş katib Arzuxan Əlizadəyə münasibətini dəyişdirsin, ona qarşı loyal mövqe tutsun və AMİP təkrar seçkiyə qatılsın.



Amma partiya lideri Etibar Məmmədov Əli Əliyevin onun ünvanına səsləndirdiyi fikirlərə şərh vermək niyyətində deyil. O deyir ki, yanvarın 8-də Mərkəzi Şuranın iclasında bütün bu məsələlərə aydınlıq gətiriləcək. Şuranın toplantısı media üçün açıq olacaq və özü də orda iştirak edəcək. Bütün suallara cavab almaq istəyənlər bu toplantıya qatıla bilərlər. Lider toplantıda növbədənkənar qurultayın keçirilməsi və yeni sədr seçilməsi haqda qərar qəbul olunacağını da istisna etmir.



Partiyanın MSK-dakı üzvünün yekun protokola imza atmasına gəlincə, Etibar Məmmədov deyir ki, Arzuxan Əlizadə yazdığı sənəddə seçkinin nəticələrini tanımadığını bildirib. O hesab edir ki, onun sənədə imza atması heç nəyi dəyişdirmir. O ki qaldı partiyanın parçalana biləcəyi haqda deyilənlərə, Etibar Məmmədova görə, partiyanı heç kim parçalaya bilməz.



Amma Əli Əliyev başqa qənaətdədir. Onun sözlərinə görə, bir partiyaya rəhbərlik edən iki şəxsdən biri görüşdən qaçırsa, bu partiyanı böhrana apara bilər. Və təbii ki, hadisələrin bu cür axarı onun nəzarətdən çıxmasına səbəb ola bilər.



Siyasi Şuranın üzvü Rauf Mirqədirov isə Milli İstiqlal partiyası daxilində ciddi problem olduğunu etiraf etsə də, partiyanın siyasi sonluğa yaxınlaşdığını düşünmür. Amma bununla belə, Rauf Mirqədirov yanvarın 8-də bu prosesin birdəfəlik həll olunmayacağını düşünür. Hətta növbədənkənar qurultayın çağırılıb yeni sədrin seçilə biləcəyini də istisna etmir.



Amma Əli Əliyev Mərkəzi Şura qeyri-qanuni çağırıldığından, onun qəbul edəcəyi qərarlarının qeyri-legitim olacağını bildirir. Rauf Mirqədirov isə deyir ki, hər şey qanuna uyğundur. Mərkəzi Şuranı sədrlə yanaşı, Mərkəzi İntizam Komissiya

Günün bütün mövzuları

XS
SM
MD
LG