Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:34

Tələbələr üçün «qaynar xətt» yaradıldı


Səs: Real audio
Milli Bank qarşıdakı günlərdə bu problemin həll olunacağını bildirir Tələbələr qış imtahan sessiyası vaxtı yaranan problemlər barədə artıq birbaşa Təhsil Nazirliyinə məlumat verə biləcəklər. Bu məqsədlə Nazirlikdə Mərkəzi Operativ Qərargah yaradılıb.



Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyir ki, tələbələr öz şikayətlərini "qaynar xətt", şagirdlər və digər vətəndaşlar isə elektron poçt vasitəsilə qərargaha çatdıra bilərlər. Daxil olan şikayətlərə ən qısa müddətdə baxılacaq:



- İmtahan zamanı yarana biləcək bütün neqativ hallarla bağlı tələbələr, valideynlər 496 34 78, 496 35 45, 496 34 82 telefonlarına müraciət edə bilərlər. "Qaynar xətt" yalnız ali məktəblərdə sessiya ilə əlaqədardır. Şagirdlər və digər vətəndaşlar isə təhsil sistemində neqativ hallar barədə offıce@edu.gov.az elektron ünvanına məktub yaza bilərlər.



Bayram Hüseynzadə deyir ki, nazirlik anonim şikayətlərə baxmaqda çətinlik çəkir, problemin daha tez həll olunmasını istəyənlər öz imzaları ilə şikayətlər etməkdən çəkinməməlidirlər:



- Anonim şikayətlərə baxılması ümumilikdə qanunaziddir və həm də Nazirliyin də işini çətinləşdirir. Yaxşı olar ki, vətəndaşlar heç nədən və heç kimdən çəkinmədən nazirliyə özləri və problemləri barədə məlumatlar daxil etsinlər.



"Qaynar xətt" yalnız ali məktəblərdə sessiya, yəni imtahan vaxtı səhər saat 9-dan axşam 6-dək fəaliyyət göstərəcək. Elektron ünvan vasitəsilə şikayətləri isə hər zaman etmək mümkündür. Bayram Hüseynzadə belə deyir.



"Dalğa" Gənclər Hərəkatı da qış imtahanı ərzində bir neçə universitetdə "Təhsildə rüşvətsiz bir il" kampaniyasını həyata keçirəcək. İmtahanların monitorinqini aparmaq üçün təhsil nazirinə müraciət edən hərəkatın bir neçə üzvü sabah nazirlə görüşəcək.
XS
SM
MD
LG