Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:59

Yeni manatla təminatda gecikmələr olub<p align=`left`><br><br>


Səs: Real audio
Milli Bank qarşıdakı günlərdə bu problemin həll olunacağını bildirir Yanvarın 5-də, Yeni ilin ilk iş günündə Yeni Azərbaycan Manatı (YAM) dövriyyəyə buraxıldı. Ötən ilin sonlarında ölkə rəsmiləri yanvarın ilk iş günündən başlayaraq 1 və 5 manatlıq əskinasların və qəpiklərin dövriyyəyə buraxılacağını, bütün bank və bankomatların yeni pullarla təchiz olunacağını demişdi. Amma, günortaya qədər ancaq Beynəlxalq Bankın mərkəzi filialındakı bankomatlarında YAM vardı. Digər filiallarda və başqa özəl banklarda isə valyuta dəyişmək üçün təzə manat yox idi.



Günün sonuna yaxın Milli Bankın yaydığı açıqlamaya görə, bankomatlar və bankların vaxtında YAM-la təmin olunmasında gecikmələr olub və qarşıdakı günlərdə bu problem həll olunacaq.



Yeri gəlmişkən, istirahət günlərində dollar, avro və funt-sterlinq kimi valyutaların kursu manata nisbətən qalxsa da, yanvarın 5-də də ucuzlaşma hiss olunmadı. Milli Bank saytında bir dolların 0, 9123 YAM-a, köhnə pulla isə 4561 manata satılması haqda məlumat yerləşdirsə də, Beynəlxalq Bankda günün sonuna qədər əsas valyitaların satışı yox idi. Özəl banklarda isə 4610-4616 manata alınan ABŞ dolları, 4635-4640 manata satılırdı.
XS
SM
MD
LG