Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:31

Səid Rüstəmov adına orkestrin üzvləri aclığa başlaya bilər


Səs: Real audio
Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri «Heydər Əliyev Fondu»nun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət edib Nazirlər Kabinetinin qərarı ilə Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətindən (TRVQSC) alınıb, Mədəniyyət Nazirliyinə (MN) verilən beş musiqi kollektivindən biri - Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri «Heydər Əliyev Fondu»nun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət edib. Orkestrin drijoru və bədii rəhbəri, xalq artisti Nəriman Əzimov bildirir ki, onlar fondun rəhbərliyindən baş verənləri araşdırmağı xahiş edirlər. Cənab Əzimovun sözlərinə görə, müraciətə ciddi reaksiya verilməsə, onlar son variant kimi aclığa başlayacaqlar.



Orkestr üzvləri və rəhbərliyi əvvəlki iş yerlərində, yəni, TRVQSC-nin tabeçiliyində qalmaq istəyirlər.



MN-in Mətbuat Xidmətindən isə «Azadlıq» radiosuna bildiriblər ki, Nəriman Əzimovun rəhbərlik etdiyi orkestr istisna olmaqla, qalan dörd kollektivlə iş aparılır.Onlara geyim və alətlər sifariş verilib. Nazirlikdən onu da söyləyiblər ki, yaxın vaxtlarda həmin kollektivlərin işə başlaması üçün əmr də imzalanacaq və əgər Nəriman Əzimov arzu etsə, onun kollektivi də bu sırada ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG