Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:33
Rubrikalar

Futbol veteranları Moskvada təkrar yoldaşlıq görüşü keçirəcəklər


Səs: Real audio
Dirili Qurbani adına Soltanlı kənd orta məktəbinin yerində yaşayış binası tikmək istəyirlər - Yanvarın sonlarında Bakı və Moskvanın futbol veteranları Moskvada təkrar yoldaşlıq görüşü keçirəcəklər. İlk belə görüş ötən ilin dekabrında Bakıda keçirilib.



- Almaniya kansleri Angela Merkel İran prezidentinin anti-semitist fikirlərinə görə bu ölkənin yığma futbol komandasını 2006-cı il dünya çempionatının final mərhələsindən uzaqlaşdırmağın əleyhinə olduğunu bildirib. "AzərTAc" agentliyinin məlumatına görə, Almaniya kansleri deyib ki, futbolçuları cəzalandırmaq ədalətsizlikdir. Çünki onlar prezidentlərinin mövqeyini dəyişmək iqtidarında deyillər.



- Fransanın milli yığma futbol komandasının aparıcı oyunçusu Zinəddin Zidan 2007-ci ildə futbolla vidalaşmağı qərara aldığını bildirib. Bu barədə Parisdə çap olunan «Jurnale du Manshe» qəzeti futbolçunun özünə istinadən xəbər verib. Madridin "Real" klubu ilə bağladığı müqavilənin altı aydan sonra başa çatacağını vurğulayan məşhur futbolçu Almaniyada keçiriləcək dünya çempionatında da iştirak edəcəyini söyləyib.
XS
SM
MD
LG