Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:01

Masallıda ev quşları qırılır


Səs: Real audio
Quşların hansı xəstəlikdən ölməsinin səbəbləri araşdırılır Masallı sakini, «Cənub Xəbərləri» qəzetinin redaktoru Zahir Amanovun verdiyi məlumata görə, son bir-iki həftədə rayonda ev quşları qırılır. Xocavar, Banbaşı, Təzəkənd və başqa kəndlərdə az qala hər həyətdə toyuq-cücə məhv olur. Camaat təşvişə düşdüyündən «quş qripi» xəstəliyinin yayıldığını güman edirlər: «Xocavar kəndində bir evdə 80, digərində isə 20-30 quş ölüb. «Quş qripi»nə görə camaat çöl quşları yemir, balıq da bahadır. Baş verənlərdən sonra bazarlarda quşlar ucuz qiymətə satılır».



Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin (DBX) rəis müavini Emin Şahbazov deyir ki, Masallıda ev quşlarının məhv olması ilə bağlı quruma nümunələr göndərilib. Hazırda həmin nümunələrin analizi keçirilir: «Xəstəlik ev quşları arasındadır. Müxtəlif infeksiyalar ola bilər».



Cənab Şahbazovun sözlərinə görə, bir ay əvvəl də Masallıda ev quşlarının ölüm halları qeydə alınıb.



Həmin vaxt quşların bağırsaq çöpü xəstəliyindən qırıldığı müəyyən edilmişdi.



Masallı Rayon Baytarlıq Şöbəsinin rəisi Şəfayət Alıyev isə bildirir ki, quşların ölümü «quş qripi» ilə yox, yolxucu xəstəliklə bağlıdır: «Hər həyətdə bir-iki toyuq-cücənin ölməsi həmişə olan şeydir. Bu, müxtəlif infeksion xəstəliklərdən ola bilər».



DBX-dən verilən məlumata görə, hazırda Naxçıvan da daxil olmaqla, ölkənin bir neçə bölgəsində köçəri quşlarda «quş qripi» xəstəliyinin olub-olmamasını müəyyənləşdirmək üçün monitorinq aparlırır.



İndiyədək Azərbaycanda bu xəstəlik qeydə alınmayıb.
XS
SM
MD
LG