Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:48

Aclıq edən gənclərin səhhəti pisləşib


Səs: Real audio
İndiki mərhələdə yalnız aztəminatlı ailələr üçün sayğaclar pulsuz quraşdırılır Siyasi baxışlarına görə oxuduqları ali məktəblərdən qovulduqlarını iddia edən «Yeni Fikir» və AXCP Gənclər Təşkilatlarının üzvləri Namiq Feyziyev və Turan Əliyevin təzyiqi 80-40-a enib. Həkimlər deyiblər ki, aclığı dayandırmasalar, onları xəstəxanaya yerləşdirməli olacaqlar. Onlarla birlikdə aclıq edən «Məqam» Hərəkatının koordinatoru Emin Hüseynov və AXCP Gənclər Təşkilatının sədri Seymur Həziyevin də səhhətində problemlər yaranıb.



Yanvarın 5-də aksiyaçılara hüquq-müdafiəçiləri, bir qrup ziyalı və Milli Birlik Hərəkatının rəhbəri Lalə Şövkət Hacıyeva baş çəkib, onlardan aclığı dayandırmağı xahiş ediblər. Gənclər isə bir daha təhsil hüquqları bərpa olunana qədər aksiyanı davam etdirəcəklərini bildiriblər.



Gənclər xaric olunduqları ali məktəb rəhbərlərini məhkəməyə verməyə də hazırlaşırlar.



Günün sonuna yaxın aclıq aksiyası keçirən gənclərə bir nəfər də - ADP Gənclər Təşkilatının üzvü İsmayıl Allahverdiyev qoşulub. Hazırda aclığı beş nəfər davam etdirir.
XS
SM
MD
LG