Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:28

Müəlliflər filmlərə görə aldıqları qonorardan narazıdırlar


Səs: Real audio
İndiki mərhələdə yalnız aztəminatlı ailələr üçün sayğaclar pulsuz quraşdırılır Vaxtilə çəkiliş meydanlarında olan mübahisələr indi bir sıra səbəblər üzündə kabinetlərdə davam etdirilir. Səbəbsə «Azərbaycanfilm»in istehsalı olan filmlərdir. Bir qədər də dəqiqləşdirsək, SD, DVD və video kasetlərdə satışa çıxarılan Azərbaycan filmlərinin gətirdiyi gəlirlərin necə bölüşdürülməsidir



Aktyorların bir qrupunun narazılığı ondandır ki, çəkildikləri filmlərin satışından onlara qonorar verilmir. Filmə görə aldıqları birdəfəlik, həm də cüzi məbləğdə qonorarsa onların növbəti rolu alana qədər dolanmasına imkan vermir. Həmsöhbətimiz olan film müəlliflərindən bəziləri də satılan filmlərdən gələn gəlirə görə çox cüzi qonorar aldıqları deyirlər.



Kinoaktyor, xalq artisti Muxtar Maniyev iddia edir ki, Azərbaycan filmlərindən gələn gəlirlər yaradıcı adamların yox, başqalarının cibinə gedir. Xalq artisti konkret ad çəkməsə də bildirdi ki, SSRİ dağılandan sonra bu filmlərin sahibi "Azərbaycanfilm"dir. Muxtar Maniyevin sözlərinə görə, bir neçə il əvvəl yaradılan Rejissorlar Gildiyası da kasetlərin yayım şirkətləri vasitəsilə satışını təşkil edir. Və guya ordan gələn gəlirdən də qonorar paylanılır.



Azərbaycanda ən çox alınan filmlərdən biri – «Bəxt üzüyü»nün ssenari müəllifi Ramiz Əzizbəyli isə deyir ki, bu film də başda olmaqla çəkilən filmlərə görə aldığı qonorardan narazıdır. O bildirir ki, indi sənət adamlarının dolanışığı çətin olduğundan, qonorarların məbləği onların əksəriyyətində narazılıq yaradır. Bu günlərdə dövlət sifarişi ilə çəkilən «Yalan» bədii filmini təhvil verdiklərini deyən həmsöhbətimiz əlavə edir ki, boş qalacağı 3-4 ildə nəylə məşğul olacağından və necə dolanacağından narahatdır.



Kinorejissor Oqtay Mirqasımovsa hesab edir ki, kaset biznesindən gələn gəlirlərlə bağlı narazılıqların yeganə səbəbi qanunvericilikdəki boşluqlardır. Oqtay Mirqasımov hesab edir ki, bəlkə də şou-biznes haqqında qanun olsaydı, vəziyyət tamam başqa cür olardı. Belə bir qanun olmadığından, bu sahə hələlik müxtəlif dövlət orqanlarının qərarlarıyla idarə olunur.



Bu məqamda bir çoxlarında sual yarana bilər ki, bəlkə qonorarın az olmasına səbəb filmlərin CD, DVD və kasetlərdə çox buraxılmasına baxmayaraq, az satılmasıdır? Və bəlkə də ara-sıra səslənən ittihamların o qədər ciddi əsası yoxdur.



Satışdakı vəziyyətlə tanış olmaq məqsədilə Bakıdakı satış mərkəzlərindən birində olduq. Satıcı İkram deyir ki, Azərbaycan filmlərinə, xüsusən də 70-80-ci illərdə çəkilən filmlərə maraq böyükdür.



Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, xalq artisti Rasim Balayev deyir ki, bu məsələlər Rejissorlar Gildiyası və «Azərbaycanfilm» arasında həll olunduğundan, onlar üçün dəqiq fikir söyləmək çətindir.



Mədəniyyət Nazirliyində də buna münasibət bildirən olmadı. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva deyir ki, kino ayrıca sahədir. Və bu sahə nazirliyə tabe olmadığından, nazirlik də orda baş verənlərə müdaxilə edə bilməz.



«Azərbaycanfilm»in rəhbəri Xamis Muradov isə deyir ki, filmlərin satışa çıxarılması da, ondan gələn gəlirlərin ədalətlə bölünməsi də təmin olunur. Qaldı narazılıqlara, iş olan yerdə narazılığın olmaması təəccüblü olardı.



Rejissorlar Gildiyasının prezidenti Eldar Quliyevsə deyir ki, Gildiya yaranandan Azərbaycan filmlərinin əksər müəllifləri onlarla müqavilə bağlayıb. Və bu müqaviləyə görə, Gildiya onların müəlliflik hüquqlarının qorunmasını təşkil edir. Müsahibimiz bildirir ki, filmlərin satışı və telekanallarda nümayişindən gələn gəlirə görə
XS
SM
MD
LG