Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:05

MSK-da müxalifətin yeri azala bilər


Səs: Real audio
İndiki mərhələdə yalnız aztəminatlı ailələr üçün sayğaclar pulsuz quraşdırılır Qarşıdakı günlərdə Mərkəzi Seçki Komissiyasının yenidən formalaşması prosesinə başlanmalıdır



Fəaliyyətini başa vurmaqda olan Mərkəzi Seçki Komissiyasıyla MSK müqayisədə bu günlər formalaşacaq MSK-da müxalifət təmsilçilərinin sayı nəzəri baxımdan daha az olmalıdır. Baxmayaraq ki, əvvəllər MSK-nın tərkibi 15 nəfər idisə, indi bu say 18 nəfərə çatdırılır.



Məsələ burasındadır ki, əvvəllər MSK-nın 6 üzvü hakim Yeni Azərbaycan partiyasının, 3 üzvü parlamentdəki bitərəflərin, 3 üzvü parlamentdə azlıqda qalan partiyaların, 3-ü isə parlamentdə təmsil olunmayan, ancaq seçkilərdə müəyyən qədər səs qazanan partiyaların payına düşürdü. Nəticə etibarilə, həm parlamentdə azdıqda olan, həm də parlamentdə təmsil olunmayan, ancaq 1 faizlik baryeri keçən partiyalar üçün yerlər əsasən müxalifətin payına düşürdü. Çünki Ana Vətən, Sosial Rifah kimi hakimiyyətin siyasətini müdafiə edən partiyalar parlamentdə təmsil edilsələr də, bu bölgüdən kənarda saxlanmışdılar.



İndi isə 18 yerdən 6-sı YAP-ın, 6-sı bitərəflərin, 6-sı da parlamentdə təmsil edilən, ancaq azlıqda olan 12 partiyanın payına düşür. Həmin 12 partiyanın heç də hamısı müxalifət partiyası deyil. Demək, müxalifət bu dəfə MSK-da nəzəri olaraq 6-dan da az yer qazana bilər. Çünki püşkatmada 6 yerin məhz müxalifət partiyalarının payına düşəcəyini demək indidən düzgün olmazdı.



Öz işini başa çatdırmaqda olan MSK-nın üzvü Ənvər Əliyev deyir ki, bütün bunlar Azərbaycanın demokratiya baxımından son illər bir qədər də geriləməsinin göstəricisidir: "Üstəlik, həmin 12 partiyanın elə nümayəndələri var ki, seçkilərdə fərdi qaydada iştirak ediblər. Bəzi partiyaların heç qeydiyyatı yoxdur. Onlar niyə MSK-da təmsil olunmalıdırlar?"



Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynovsa deyir ki, namizədliyini fərdi şəkildə irəli sürən şəxslərin üzvü olduğu partiyaların parlamentdə təmsil olunan siyasi qüvvələrə aid edilməməsi Seçki Məcəlləsində birmənalı göstərilmir. Üstəlik, bu format həm də cəmiyyətdəki bütün siyasi qüvvələrin MSK-da təmsil olunması barədə fikirlərə uyğundur.



Əli Hüseynov parlamentdə azlıqda qalan bir sıra müxalifət partiyalarının komissiyaların paritet əsaslarla formalaşması tələbindən əl çəkməyərək MSK-ya nümayəndə göndərmək istəməməsini də düzgün saymır. Onun sözlərinə görə, bununla həmin partiyalar onlara verilmiş imkandan imtina etmiş olurlar. Bu isə onların bütün təsir imkanlarının əllərindən çıxması deməkdir.



Əli Hüseynov deyir ki, müxalifət paritet prinsipini irəli sürməklə komissiyaların işini pozmaq niyyətini güdür. Əks halda, həmin siyasi qüvvələr son seçkilərdə MSK-dakı öz nümayəndələrinin mövqelərinə hörmətlə yanaşar, protokolları imzaladıqlarına görə onları xəyanətkar adlandırmazdılar.



MSK-nın yeni tərkibində hakim YAP-ı çıxmaqla parlamentdə təmsil olunan heç bir partiyaya fərq qoyulmayıb. Öz işini başa çatdırmaqda olan MSK-nın üzvü Ənvər Əliyevin sözlərinə görə, bu da hakimiyyətin MSK-ya daha çox nəzarət etmək istəyindən irəli gəlir:



"Elə partiyalar var ki, onların heç rayon şöbələri yoxdur. Onlar komissiyalara kimi üzv verəcəklər? Yəqin ki, onların yerinə hakimiyyət strukturları bitərəf adı ilə özlərinə sərf edən şəxsləri verəcəklər. Əslində hakimiyyətə də elə bu lazımdır".



Parlamentdə iki millət vəkili ilə təmsil olunan Ana Vətən partiyası sədrinin müavini Etibar Quliyev isə Ənvər Əliyevlə razılaşmır. Onun sözlərinə görə, kimin güclü, kimin zəif partiya olduğunu bu parlament se
XS
SM
MD
LG