Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:21

Su sayğaclarının kütləvi quraşdırılmasına başlanacaq


Səs: Real audio
İndiki mərhələdə yalnız aztəminatlı ailələr üçün sayğaclar pulsuz quraşdırılır Bu ilin birinci yarısından su sayğaclarının kütləvi quraşdırılmasına başlanacaq. Ümumiyyətlə isə bütün ölkədə sayğacların quraşdırılması 2008-ci ilin yanvarına kimi başa çatdırılmalıdır. «Azərsu» Səhmdar Cəmiyyətindən (SC) verilən məlumata görə, sayğacların quraşdırılmasını Dünya və Avropa Yenidənqurma və İnkişaf Banklarının tenderində qalib gələcək şirkət mərhələli və pulsuz quraşdıracaq.



«Azərsu» SC-nin Abonent Şöbəsinin rəisi İsfəndiyar Nusalov deyir ki, indiki mərhələdə yalnız aztəminatlı ailələr üçün sayğaclar pulsuz quraşdırılır. Tenderdə qalib gələcək şirkət işə başlayana kimisə sayğac abonentin hesabına quraşdırılır. Bu da ev sahibinə təxminən 110-150 min köhnə manata başa gəlir.



Hazırda sayğac quraşdırılmayan evlər suya görə adambaşına ayda təxminən altı min köhnə manat ödəyir. Bu prinsipə görə, hər bir vətəndaşın norması gündə 400 litr hesablanır. Sayğac quraşdırıldıqda isə vətəndaş yalnız işlədəcəyi suyun pulunu ödəyəcək. İndiyə kimi Bakı-Abşeronda 46 minə yaxın sayğac sayğac quraşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG