Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:53

Neftçalada həyətləri su basıb, üç ev uçub


Səs: Real audio
Bankə qəsəbəsinin sakini Fəxriyar Hüseynov deyir ki, verilən məbləğlə nəinki uçulmuş evi yenidən tikmək, heç hasarı bərpa etmək də mümkün deyil Oktyabrdan bəri aramsız yağan yağışlar və Kürün səviyyəsinin artması nəticəsində Neftçala ryonunun Bankə qəsəbəsində, eləcə də Kürkənd və Mayak kəndlərində həyətləri su basıb, bəzi evlərə ziyan dəyib, üç evsə uçub. Bu haqda məlumat verən Neftçala İcra Hakimiyyəti başçısının birinci müavini və rayon Fövqəladə Hallar Komissiyasının sədri Qabil Məmmədov deyir ki, Bankə qəsəbəsində vəziyyət daha gərgindir. Həyətlərdəki suyu nasosla çəkməyə çalışırlar.



Qəsəbə sakini Fəxriyar Hüseynov isə deyir ki, işıqlar yanmadığından nasos suyu çəkə bilmir. Qəsəbədəkilər çıxış yolu kimi köçməyi düşünürlər.



Qabil Məmmədov da nasosla suyu çəkməyin mümkün olmadığını etiraf edir və bildirir ki, bu il Netfçalaya yeni kanalizasiya sistemi çəkilməsi qərara alınıb.



Onun sözlərinə görə, evlərinə ziyan dəyən 222 ailəyə 84 milyon manat təzminat ödənilib. Uçulmuş üç evin sahibinə isə ailə üzvlərinin sayı hesablanmaqla 12 miylon manat verilib, yerdə qalan sakinlərə isə dəyən ziyana görə müxtəlif məbləğ ödənilib.



Qəsəbə sakini Fəxriyar Hüseynov isə deyir ki, verilən məbləğlə nəinki uçulmuş evi yenidən tikmək, heç hasarı bərpa etmək də mümkün deyil. Bundan başqa təkcə evlərə deyil, avadanlıqlara da ziyan dəyib.



Qabil Məmmədov isə sıradan çıxmış avadanlıqlar sığorta edilmədiyindən ev sahiblərinə buna görə pul verilməyəcəyini bildirir. Amma komissiya yanvarın 5-də yenidən baxış keçirəcək və ola bilsin ki, ziyan dəymiş evlərin sayı artdığından təzminat alacaq ailələrin də sırası genişlənsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG