Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:47

AŞPA-nın Qarabağa dair illik hesabatı hazırlanıb


Səs: Real audio
Səməd Seyidov deyir ki, hesabatda Azərbaycan ərazilərinin işğal edilməsi və Dağlıq Qarabağdakı rejimin separatçı olması barədə faktlar öz əksini tapıb Yanvarın 9-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Alt Komitəsində Dağlıq Qarabağ münaqişəsinə dair illik hesabat dinləniləcək. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, komitənin rəhbəri Lord Rassel-Constonun hazırladığı hesabatda Azərbaycan ərazilərinin işğal edilməsi və Dağlıq Qarabağdakı rejimin separatçı olması barədə faktlar öz əksini tapıb.



Millət vəkili əlavə edir ki, cənab Constonun hesabatında həmin faktların əks olunması və AŞPA-nın yanvar sessiyasında qurumun bütün deputatlarına yenidən çatdırılması Azərbaycan üçün çox əhəmiyyətlidir.



Azərbaycan Avropa Şurasına daxil olan 46 ölkənin bu məsələyə rəsmi rəyini əldə etmək istəyir.



Səməd Seyidov deyir ki, Azərbaycan ərazilərinin işğal edilməsi və sair bu kimi faktlar çətinləklə də olsa, beynəlxalq qurumların diqqətinə çatdırıldıqdan sonra həmin faktları hər hansı sənəddən çıxarmaq mümkün olmayacaq.
XS
SM
MD
LG