Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:50

Gənclərin aclıq aksiyası davam edir<p align=`left`><br><br>


Səs: Real audio
Qadağa region ölkələri nərə balığının davamlı artımını təmin etməyənədək qüvvədə qalacaq Siyasi baxışlarına görə oxuduqları ali məktəblərdən qovulduqlarını iddia edən «Yeni Fikir» və AXCP Gənclər Təşkilatlarının üzvləri Namiq Feyziyev və Turan Əliyev, həmçinin «Məqam» Vətəndaş Hərəkatının fəalı Emin Hüseynovun aclıq aksiyası səkkiz gündür davam edir. Yanvarın 4-də AXCP Gənclər Təşkilatının sədri Seymur Həziyev də aclıq edənlərə qoşulub. Onlar Namiq Feyziyev və Turan Əliyev xaric olunduqları ali məktəblərə bərpa olunanacan aksiyanı davam etdirəcəklərini deyirlər.



«Yeni Fikir» Gənclər Təşkilatının üzvü Elnur Məmmədov yanvarın 1-də aclıq edənlərə qoşulsa da, ötən gün səhhətində problemlər yarandığından aksiyanı dayandırıb.



Namiq Feyziyevsə tibbi yardımdan da imtina edir.



Təhsil naziri Misir Mərdanov gənclərin siyasi baxışlarına görə deyil, dərsə davamiyyətə və nizam-intizamı pozduqlarına görə ali məktəblərdən xaric olunduqlarını bildirir.



Yanvarın 5-də hüquq müdafiəçiləri və ombudsman Elmira Süleymanova gənclərin işilə məşğul olacaqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG