Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:22

Yoxsulluq azalır


Səs: Real audio
Qadağa region ölkələri nərə balığının davamlı artımını təmin etməyənədək qüvvədə qalacaq Yoxsulların bundan xəbəri varmı?



2003-cü ildən tətbiq olunan "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nda mütləq yoxsulluq həddi kimi adambaşına gündə təxminən 1 dollar müəyyənləşdirilib ki, bu da gün ərzində adambaşına 2200 kilokalori qəbuluna imkan verən ərzaq istehlak səbətinə əsaslanır. Hökumətin normativlərinə görə, orta azərbaycanlı gündə 100 qram kartof, 130 qram meyvə, 200 qram tərəvəz, 70 qram müxtəlif ət və toyuq məhsulları, 3 günə 1 yumurta, günə bir stəkan süd və 1 stəkan çay içir.



BMT və Azərbaycan hökumətinin hesablamalarına görə, gündə 1 dollar hesabıyla 2001-ci ildən 2004-cü ilin əvvəlinə qədər azərbaycanlıların 49 faizi yoxsul olub.



Amma prezident İlham Əliyev Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində dedi ki, son illərin iqtisadi inkişafı nəticəsində 2004-2005-ci illərdə yoxsulluğun səviyyəsi 40 faizədək azalıb. 2006-cı ilin əvvəllərində isə yoxsul adamların sayı 29 faizə enəcək.



"Turan" informasiya agentliyindən iqtisadi eksperti Anar Xanbəyli razılaşır ki, son illərdə ölkəyə gələn vəsaitlərin artması yoxsulluğun azalmasına təsir edib. Amma bu təsir heç də rəsmilərin dediyi səviyyədə – ildə 10 faizə yaxın ola bilməz. Anar Xanbəylinin sözlərinə görə, rəqəmlər süni şəkildə şişirdilir.



YAP-dan olan keçmiş millət vəkili, ekspert Əli Əlirzayev də hesab edir ki, yoxsulluğun səviyyəsinin hansı göstəricilərə görə hesablanması əsas şərtdir. Onun fikrincə, ümumdaxili məhsulun 26 faizə qədər artmasına baxmayaraq, yoxsulların gəlirləri elə də artmayıb. Başqa sözlə, ümumi iqtisadi inkişafda, rifah səviyyəsinin artımında yoxsul təbəqənin rolu çox cüzidir.



Əli Əlirzayev deyir ki, yoxsulluğun azalmasını yoxsulların özlərinin də hiss etməsi üçün gəlirlərin düzgün bölünməsi mexanizmi işlənib hazırlanmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG