Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:11
Rubrikalar

2006-cı ilin mədəni yaddaşına hansı olayın yazılmasını istərdiniz?


Səs: Real audio
Yanvarın 1-də Azərbaycanda manatın denominasiyası başlayıb. Milli Bankdan verilən məlumata görə, artıq yeni manatlar həm dövlət, həm də dövriyyəsi böyük olan banklara paylanıb Bu sualla tanınmış mədəniyyət xadimlərinə üz tutduq



Təzə ilin ilk «İz»ində:



- El şənliklərinin yaraşığı, ustad qarmonçalan Aslan İlyasovu dinləyəcək;



- Ötən il Azərbaycanın mədəni həyatında baş verən olayları yada salacaq;



- «2006-cı ilin mədəni yaddaşına hansı olayın yazılmasını istərdiniz?» sualına cavab arayacaq;



- «Mentalitet dolması»na və musiqiyə qonaq olacaqsınız!



2006-CI İLİN MƏDƏNİ YADDAŞINA HANSI OLAYIN YAZILMASINI İSTƏRDİNİZ?



Oqtay Mirqasımov: "Çox arzu edərdim ki, mədəni və tarixi irsimizə münasibətimizdə dönüş olsun...".



İlham Rəhimli: "Didərgin həyatı keçirən Şuşa Dövlət Musiqili Dram Teatrının, Ağdam Dövlət Teatrının, Füzuli Dövlət Dram Teatrının tamaşalarına öz şəhərlərində baxmaq".



Baba Mahmudoğlu: "Güman edirəm ki, xalqım 2006-cı ildə dünya mədəniyyətində ən yüksək zirvədə dayanan bir xalq kimi yaddaşda qalacaq".



Kamal Abdulla: "Çox şey arzu etmək olar. Ən kiçiyindən ən böyüyünə qədər bütün millətimiz bir az daha mədəniyyətə alışmış olsun, bir az daha dünya mədəniyyətinin içinə girmiş olsun. Və dünya mədəniyyətinə ahəngdar surətdə qovuşmaqda bizə mane ola biləcək bütün hər şeydən azad ola bilək".



Azər Zeynallı: "Həmişə ən böyük arzularımdan biri o olub ki, xalqımızın hər biri nəfəri bütün maddi və mənəvi problemlərdən azad olsun. Azad olsun və onun bircə dərdi olsun – gözəl musiqi dinləmək, gözəl sənət əsərlərini seyr etmək. Bax yalnız o zaman bu gün insanları çaşbaş salmış və zövqünü korlamış musiqilərin tüğyan etməsinə son qoyula bilər".



«İTLƏR BƏZİ İNSANLARDAN VƏFALI OLURLAR»



Aparıcı: Təzə ilin ən təzə "İz"ində xalq sənətçisinin izinə düşmüşük. Ustad qarmonçalan Aslan İlyasov qonağımızdır... Aslan bəy, İt ili-köpək ili başladı. İtin nəyini xoşlayırsınız – sədaqətini, hürüşünü, ya bilmədiyimiz başqa özəlliklərini?



Aslan İlyasov: "Allahın yaratdığı heyvandır. Elə itlər var ki, vəfalıdırlar, lap müqayisəyə varanda, bəzi insanlardan vəfalı olurlar..."



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG