Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:03

Gənclərin aclıq aksiyası davam edir


Səs: Real audio
Yanvarın 1-də Azərbaycanda manatın denominasiyası başlayıb. Milli Bankdan verilən məlumata görə, artıq yeni manatlar həm dövlət, həm də dövriyyəsi böyük olan banklara paylanıb Siyasi baxışlarına görə, oxuduqları universitetlərdən qovulduqlarını deyən «Yeni Fikir» və AXCP Gənclər Təşkilatlarının üzvləri Namiq Feyziyev və Turan Əliyevin ali məktəblərə bərpa olunması tələbiylə aclıq aksiyası davam edir. Yanvarın 1-dən aksiyaya «Yeni Fikir»in daha bir üzvü - Elnur Məmmədov da qoşulub. Hazırda aclıq edənlərin sayı dördə çatıb - Namiq Feyziyev, Turan Əliyev, Elnur Məmmədov və «Məqam» Gənclər Hərəkatının koordinatoru Emin Hüseynov.



Namiq Feyziyev tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, məhkəməyə müraciət edəcəklərini deyir.



Yanvarın 2-də Turan Əliyevin mədəsində problem yaranıb və gənclər həkimə müraciət ediblər.



Aclıq edən gənclər Namiq Feyziyev və Turan Əliyev universitetə bərpa olunanacan aksiyanı davam etdirəcəklərini deyirlər. Onlar ali məktəblərdən qovulmalarının səbəbini siyasi baxışlarıyla izah etsələr də, Təhsil naziri Misir Mərdanov bununla razılaşmır.



Namiq Feyziyev ötən ilin ortalarında Pedaqoji Universitetdən xaric olunsa da, ombudsman Elmira Süleymanovanın işə qarışmasından sonra təhsil aldığı məktəbə bərpa olunmuşdu.



2005-ci ilin noyabrında Pedaqoji və İqtisad Universitetlərindən qovulmuş Sənan Ağacanov və Ramin Hacıyevsə ali məktəblərə bərpa olunublar.
XS
SM
MD
LG