Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:35

Manatın denominasiyası başladı<p align=`left`><br><br>


Səs: Real audio
Yanvarın 1-də Azərbaycanda manatın denominasiyası başlayıb. Milli Bankdan verilən məlumata görə, artıq yeni manatlar həm dövlət, həm də dövriyyəsi böyük olan banklara paylanıb Yanvarın 1-dən Novruz bayramına qədər ancaq yeni metal qəpiklər və əskinaz şəklində 1 və 5 manatlar dövriyyədə olacaq. 10 və 20 manatlar Azərbaycana martın ortalarında, 50 və 100 manatlar isə apreldə gətiriləcək.



Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyir ki, yeni manatın istifadəsi ilə yarana biləcək problemlərin qarşısını almaq üçün addımlar atılıb:



«Bu, qiymətlərin köhnə və yeni pulla aparılması, metal pulların rənginin fərqliliyi, həcmi ilə bağlıdır. Metal pullarda rəngləri elə seçmişik ki, çaşqınlıq yaratmasın. Həm də ölçüləri də bir-birindən fərqlənir. Əhali pulu rənginə, həcminə görə fərqləndirə biləcək. Düzdür, əhali arasında adaptasiya, xüsusilə yaşlı nəsil üçün çətin olacaq. Ancaq bütün dünya, o cümlədən Türkiyə bunu keçdi və biz də keçməliyik».



Milli Bankdan verilən məlumata görə, qəpiklər gələn həftə Azərbaycana gətiriləcək. Köhnə pullar isə bir il ərzində dövriyyədə olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG