Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:55
Rubrikalar

«Dekabrın son günü...»


Səs: Real audio
«Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq da» Şaxtababa kimdir? Deyirlər o, Qafqaza Rusiyadan gəlib. Amma Rusiyaya da Şaxtababanın Avropadan keçdiyini, həm də o tərəflərdə 19-cu əsrdən peyda olduğunu deyirlər. Bəziləri isə inanırlar ki, Şaxtababa qədim slavyan qəhrəmanıdır. Tarixçilər əmindirlər ki, Şaxtababa yalnız uzun, qarlı gecələri olan diyarların qəhrəmanı ola bilərdi. Yalnız həyatı qarla, vahiməli qış gecələri ilə bağlı olan insanlar Şaxtababa kimi qüvvələrə inana bilərdilər.



Avropanın özündə də Santa Klaus mübahisələrə səbəb olub. Kilsə Santa Klausun İsanı əvəzləməsinə imkan verməməyə çağırır. Axı Santa Klaus da ədalətli, xeyirxahdır. Uşaqlar inanırlar ki, o, özünü pis aparanları dondurur, yaxşılara hədiyyə verir. Amma əsas odur ki, qəhrəman var. İldə bir dəfə uşaqları sevindirir.



- Ancaq Azərbaycanda uşaqlar indi Şaxtababa ilə kifayətlənmirlər. Ona görə də bu bayrama Şaxtanənə də gəlib. Daha ətraflı Bakıdan Rövşən Qənbərov xəbər verir.



- Ermənistanda da Azərbaycanda olduğu kimi bayramqabağı bazarda hər şey od qiymətinə olur. Ancaq yenə də bayram günləri bazara iynə atsan, yerə düşməz. Hamı bayramı ürəyincə keçirməyə çalışır. Halbuki, Yeni ildə təmtəraqlı süfrə ermənilərin adətlərinə uyğun deyil. Niyəsini Yerevandan Lusine Qriqoryan deyir.



- Gürcüstanda da Milad, Yeni il bayramı başqa xristian ölkələrində olduğu kimi ayrı-ayrı qeyd olunmalıdır. Amma Gürcüstanın başqalarından bir fərqi var. Burada həm Milad, həm də Yeni il bayramı iki dəfə qeyd olunur. Yəqin ona görə ki, adamlar bayram etməyi xoşlayır, hansısa səbəb tapıb bir-birinə qonaq getmək istəyirlər. Nino Qelaşvili Miladın da, Yeni il bayramının da tarixini, ənənələrini öyrənmək üçün araşdırma aparıb.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG