Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:48

<i>«Yeni Azərbaycan»</i>: «Azərbaycanda intibah dövrü başlayır»


Səs: Real audio
Səfir BTC-nin açılışını ilin hadisəsi kimi qiymətləndirir «Üç nöqtə» qəzeti Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinə istinadən bildirir ki, 2005-ci ildə ən çox hüquq pozuntusuna yol vermiş şirkətlərin siyahısı hazırlanıb. Siyahıya görə, «Makdermott» şirkəti liderdir. İlin əvvəllərindən indiyədək 500-dək azərbaycanlı fəhlə hüququnun pozulması iddiası ilə «MakDermott»dan şikayət edib. Son tətil hadisələri də şirkətdə kifayət qədər qanunsuzluqların olduğuna sübutdur. Siyahı üzrə sonrakı yerlərdə «Boss-şelf» və «bp-Azərbaycan» şirkətlərinin də adları çəkilir.



«Yeni Azərbaycan» qəzetindəki «Azərbaycanda intibah dövrü başlayır» başlıqlı məqalədə Elbrus yazır ki, 2005-ci il respublikada mühüm iqtisadi-sosial layihələrin başlanması ilə yadda qalacaq. Onun fikrincə, ötən il ölkədə genişmiqyaslı islahatlar proqramının davam etdirilməsi ilə yanaşı, yeni nəhəng layihələrin başlanması kimi qiymətləndirilə bilər. Hökumət 2006-cı ildən yoxsulluğun azaldılması ilə bərabər, insan inkişafı proqramının reallaşmasına da start verəcək. Ümumilikdə, icra müddəti 10 ilə nəzərdə tutulan yeni proqramın həyata keçirilməsi nəticəsində yoxsulluğun səviyyəsi iki dəfə aşağı salınacaq. Müəllif bildirir ki, Azərbaycanda təhlükəsizlik və sabitliyin davam etdirilməsi ölkənin yaxın illərdə qüdrətli və inkişaf etmiş dövlətə çevriləcəyinə inamı daha da artırır.



«Yeni Müsavat» qəzetinə müsahibəsində Müsavat Partiyasının başqanıı İsa Qəmbər 2006-ci ildə Azərbaycanda demokratik proseslərin daha uğurla inkişaf edəcəyini bildirir. Hakimiyyət üçün növbəti ilin çətin olacağını düşünən cənab Qəmbər deyir ki, 2006-ci ildə fədakarlık və birlik nümayiş etdirilsə, 2003-cü və 2005-ci ildə əsası qoyulan dəyişikliklər növbəti ildə özünü göstərməyə başlayacaq, məqsədlərə nail olunacaq.
XS
SM
MD
LG