Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:15

Rino Harniş Azərbaycan xalqını təbrik etdi


Səs: Real audio
Səfir BTC-nin açılışını ilin hadisəsi kimi qiymətləndirir ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib.



Səfir Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını ilin hadisəsi kimi qiymətləndirib. Bu layihənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, firavanlığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.



Bu il keçirilən parlament seçkiləri haqqında isə bildirib ki, seçkilər ərəfəsində Azərbaycan böyük irəliləyişlər əldə edib: "Xatirəmdə qalan seçkilərdə çoxlu sayda namizədlərin iştirak etməsi, barmaqların mürəkkəblənməsi, "ekzit-pol"un keçirilməsi, müşahidəçiliyə imkan yaradılması hallarıdır. Heç şübhəsiz, bütün bunlar Azərbaycanda demokratiyanın inkişafı üçün böyük addımlar sayıla bilər. Baxmayaraq ki, bu seçkilərdə problemlər vardı və bu, seçkilərin bir sıra beynəlxalq standartlara cavab verməməsinə səbəb olmuşdu. Lakin hesab edirəm ki, əldə olunan irəliləyiş Azərbaycanın gələcək inkişafı üçün əsas ola bilər" – deyə Rino Harniş vurğulayıb.
XS
SM
MD
LG