Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:31

Naxçıvanda İnsan Hüquqları üzrə Müvəkkillik yaradılır


Səs: Real audio
Milli Məclisin dekabrın 30-da keçirilən iclasında bununla bağlı Muxtar Respublikanın konstitusiyasına dəyişiklik edildi Parlamentin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov Naxçıvan ombudsmanının Bakıdakı İnsan Haqları Müvəkkilliyinə tabe olmayacağını – müstəqil fəaliyyət göstərəcəyini bildirir. O deyir ki, bu məsələ ilə bağlı Naxçıvan MR-nın konstitusiyasına əlavə və dəyişikliklər edilməsi barədə qərar qəbul olunub. Həmin qərar Ali Məclisdə proseduralara uyğun olaraq, 3 ay fasilə ilə səsə qoyulub və təsdiq üçün Milli Məclisə təqdim edilib.



Azərbaycanda ombudsmanlıq institutu 4 il əvvəl – 2002-ci ildə yaradılıb.



Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən dəyişikliyə görə isə, bundan sonra vətəndaşlar Yeni il bayramı ilə əlaqədar bir yox, iki gün istirahət edəcəklər.



Parlamentin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli deyir ki, həmin maddənin digər bəndinə edilən dəyişikliyə görə, əgər bayram günləri istirahət günləri ilə üst-üstə düşsə, vətəndaşların istirahəti növbəti həftənin iş gününə keçiriləcək.



Milli Məclis bəzi qanunvericilik aktlarına – məhkəmələr və hakimlər, Məhkəmə-Hüquq Şurası haqqında qanunlara, Cinayət Məcəlləsinə, "Polis haqqında", "Vətəndaşların pensiya təminatı haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunlara əlavə və dəyişikliklər etdi. Eləcə də "Əmək pensiyası haqqında" və "Dövlət sosial müavinətləri haqqında" qanun layihələrini birinci oxunuşda qəbul etdi.



Milli Məclisin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müraciəti təsdiqləndi.
XS
SM
MD
LG