Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:03

Əli Kərimlinin mühafizəçisi 2 ay azadlıqdan məhrum edilib


Səs: Real audio
O, hakimiyyət nümayəndəsinə təhlükəli zor tətbiq etməkdə günahlandırılır Dekabrın 30-da Nəsimi rayon Məhkəməsi AXCP sədri Əli Kərimlinin mühafizəçisi Elmar Rüstəmovun 2 ay azadlıqdan məhrum edilməsiylə bağlı qərar çıxarıb. O, hakimiyyət nümayəndəsinə təhlükəli zor tətbiq etmək maddəsi ilə ittiham olunub.



İki polis əməkdaşı sentyabrın 25-də müxalifətin icazəsiz mitinqi zamanı Elmar Rüstəmovun "Nizami" kinoteatrının qarşısında onlara bədən xəsarəti yetirdiyini bildiriblər.



Elmar Rüstəmovun vəkili Osman Kazımov məhkəmə qərarını ədalətsiz sayır: «Ona 315.1 maddəsi ilə ittiham irəli sürülüb. Yəni polis işçisinin həyatı üçün təhlükəli olan zor tətbiq edib. Ekspert rəyində isə xəsarətin yüngül dərəcəli olduğu göstərilir. Ekspert rəyi bu cür olduğu halda, bu ittiham seçilib. Müstəntiqdən soruşanda, dedi ki, bu, məndən asılı deyil».



Bundan əvvəl də Əli Kərimlinin mühafizəçiləri bir neçə dəfə həbs olunub, bir neçə sutkalıq azadlıqdan məhrum edilmişdi.
XS
SM
MD
LG