Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:26

Ağstafada mərmi partlayıb, ölən var<p align=`left`><br><br>


Səs: Real audio
Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyir ki, müvəkkil banklar gizli sövdələşmələr aprasalar, onlara xəbərdarlıq ediləcək Dekabrın 29-da axşam Ağstafa rayonunda şəxsi bağda "Qrad" mərmisinin partlaması nəticəsində bir nəfər ölüb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin [ANAMA] məlumatına görə, həmin şəxs öz həyətində mərmini sökməyə çalışarkən partlayış baş verib.



1991-ci ildə Sovet ordusu Azərbaycanı tərk edərkən Ağstafanın Saloğlu kəndindəki yerüstü və yeraltı silah anbarını partlatmış, nəticədə minlərlə partlamamış hərbi sursat 44 milyon kvadrat metrədək əraziyə səpələnmişdi. 138 bunkerdən ibarət həmin anbar Cənubi Qafqazda ən böyük Sovet bazalarından biri olub.



ANAMA-nın rəsmi məlumatına görə, partlamamış hərbi sursatlarla ehtiyatsızlıq üzündən indiyə qədər bölgədə 147 bədbəxt hadisə baş verib, 28 nəfər həlak olub.



Hazırda ANAMA bu sahənin təmizlənməsi üçün NATO ilə əməkdaşlıq edir. İlkin mərhələ kimi əsasən Ağstafada yaşayan gənclərdən ibarət yeni qrup yaradılıb və onlara təlim keçirilir.
XS
SM
MD
LG