Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:52

<i>«Exo»</i>: «Azərbaycanın Rusiyadakı yeni səfirinin adı yaxın vaxtlarda elan olunacaq»


Səs: Real audio
Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyir ki, müvəkkil banklar gizli sövdələşmələr aprasalar, onlara xəbərdarlıq ediləcək "Yeni Azərbaycan" qəzetindəki "Müsavatın siyasi iflası sürətlənir" sərlövhəli məqaləsində Kamal yazır ki, parlamentin işinə qatılmaq və təkrar seçkidə iştirak etmək yönündə Müsavat partiyası daxilində fikir ayrılıqları yaşanır. Konkret olaraq, Rauf Arifoğlu və Arif Hacılı istənilən halda təkrar seçkidə iştirak etməklə bağlı qəti mövqe nümayiş etdirirlər. Rauf Arifoğlu İsa Qəmbəri ya təkrar seçkiyə qatılmaq, ya da vəzifəsindən uzaqlaşmaq dilemması qarşısında qoyub.



Müəllif adını açıqlamadığı mənbəyə istinadən yazır ki, Rauf Arifoğlu başqana iki həftə vaxt verib. İsa Qəmbər ya onun dedikləri ilə razılaşmalı, ya da Etibar Məmmədovun addımını atmalıdır. Əks təqdirdə, Arifoğlu ailəliklə birlikdə Müsavat partiyasını tərk edəcəyini bildirib. Rauf Arifoğluyla eyni arqumentləri bölüşən Arif Hacılı isə partiya rəhbərliyində köklü kadr islahatlarının aparılmasını istəyir.



"Exo" qəzeti Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, Azərbaycanın Rusiyadakı yeni səfirinin adı yaxın vaxtlarda elan olunacaq. Xalq artisti Müslüm Maqomayev isə öz növbəsində, qəzetə müsahibəsində onun Rusiyanın Azərbaycandakı səfiri təyin olunacağına dair məlumatları təkzib edib.



Qəzet yazır ki, Rusiyanın kütləvi informasiya vasitələri Polad Bülbüloğlunun Rusiyaya fövqəladə və səlahiyyətli səfir kimi təyin ediləcəyi barədə məlumatlar yayırlar. "Qlobal.ru" saytı isə diplomatik dairələrə istinadən xəbər verir ki, Polad Bülbüloğlunun Azərbaycanın Rusiyadakı səfiri təyin olunması müqabilində Moskva cavab addımı kimi Müslüm Maqomayevi Rusiyanın Azərbaycandakı səfiri təyin edə bilər.



"Bakı Xəbər" qəzetindəki "Dağlıq Qarabağ Ermənistana verilir?" başlıqlı məqaləsində Fərid yazır ki, Qarabağ münaqişəsinin gələn il həll ediləcəyinə dair dövlət rəsmiləri və Minsk Qrupu həmsədrlərinin nikbin açıqlamalarının konkret nəyə söykəndiyi barədə cəmiyyətə dəqiq informasiyalar verilmir. Həmin açıqlamalarda daha çox nəzərə çarpan mütəmadi şəkildə bir-birinə zidd fikirlərin səsləndirilməsidir.



Müəllif belə ziddiyyətlərin İlham Əliyevlə Minsk Qrupu həmsədrlərinin söylədiklərində daha çox özünü göstərdiyini yazır. Dövlət başçısı bildirir ki, onunla Ermənistan prezidenti arasında aparılan danışıqlarda hər hansı irəliləyiş yoxdur. Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov isə tamamilə bunun əksinə iddia edir. Ekspertlərin rəyincə, bu cür vəziyyət Qarabağ münaqişəsi ilə bağlı hakimiyyətin xalqdan gizli bir sıra razılaşmalara imza atmasının nəticəsidir. Yaranmış vəziyyətdən belə qənaətə gəlmək olar ki, mövcud hakimiyyət işğal olunmuş ərazilərin yalnız bir hissəsini azad etməklə Ermənistanla münaqişəni bitirmək niyyətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG