Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:44

Qonağımız Flora Kərimovadır


Səs: Real audio
Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyir ki, müvəkkil banklar gizli sövdələşmələr aprasalar, onlara xəbərdarlıq ediləcək Bu dəfəki qonağımızın fəaliyyət dairəsi geniş olsa da, cəmiyyət onu daha çox fərqlənən sənətkar kimi tanıyır. Özü dediyi kimi, səsindən, mahnılarından doğrudan da heç yana qaçmaq, gizlənmək mümkün deyil. O səs mahnı şəklində hər yerdə hamını axtarıb tapır və sahibinə münasibətdən asılı olmayaraq, gəlişi həmişə yerinə düşür. Ancaq bu dəfə əlbəttə ki, biz onun səsini mahnı yox, söhbət şəklində veririk. Həmsöhbətimiz xalq artisti Flora Kərimovadır



– Son vaxtlar Sizin başınız belə demək mümkünsə, siyasətə qarışıqdır. İşləriniz siyasətdə yaxşı gedir, yoxsa sənətdə?



– Heç nəyə qarışmayıb. Mənə inanın. Mənim üçün sənət də siyasətə o qədər zəncirvari bir varlıqdır ki, siyasətdə ağzımı açanda sənətdə qadağa olur. Ümumiyyətlə, doğrudan da taleyim çox qəribədir. Mandatımı, səsimi əlimdən alırlar. Az qalırlar həyatımı da alsınlar. Ancaq mən aciz bir insan deyiləm... Müğənniliyimi əlimdən almaq olar, amma vətəndaşlıq hissiyyatımı heç kim ala bilməz. Vətəndaşlıq elə bir addımdır ki, sünilik o saat gözə çarpır. Və o insandan hamı üz döndərir. Əgər özünü satırsansa, o artıq oyun oynamaqdır, vətəndaşlıq deyil... Siyasətçi kimi məni silmək istəyirlər, ancaq müğənni kimi qüdrətləri çatmır.



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG