Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:46

«Rüşvətsiz təhsil» kampaniyası başlanıb


Səs: Real audio
Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyir ki, müvəkkil banklar gizli sövdələşmələr aprasalar, onlara xəbərdarlıq ediləcək "Dalğa" Gənclər Təşkilatı "Təhsildə rüşvətə yox de!” silsiləsindən ikinci kampaniyaya başlayır. Amma polisin qorxusundan aksiyanın yerini qabaqcadan elan etmir. Yayda 80-dək tələbə gəzintiyə çıxıb yoldan ötənlərə buklet və vərəqələr paylamağa çalışdı. Amma polis aksiyanı yarımçıq dayandırdı



"Dalğa" Gənclər Hərəkatının rəhbəri Ramin Hacılı deyir ki, əslində, onlar "Təhsildə rüşvətsiz bir il" kampaniyasını bir neçə ay bundan əvvəl keçirməyi planlaşdırırmışlar. Sadəcə, parlament seçkiləri buna mane olub. İndi isə qış imtahan sessiyası başlayır və istəyirlər ki, tələbə və müəllimlər rüşvətdən uzaq olsunlar.



İlk başladıqları tədbir üzərində qırmızı rəngdə, iri şriftlərlə "Rüşvətsiz təhsil" sözləri yazılan yapışqan vərəqələrin hazırlanmasıdır. Qış imtahan sessiyası yaxınlaşdığından, artıq həmin vərəqələrin tələbələrə paylanmasına başlanıb. Hərəkət bu üsulla tələbələrdən rüşvət alınmasının az da olsa qarşısını almaq istəyir.



Bundan başqa, hərəkat rüşvətxor müəllimlərin siyahısını da hazırlayıb. Ramin Hacılının sözlərinə görə, bu semestr həmin müəllimlərə şans verilir ki, tələbədən rüşvət almasın, əgər yenə də pul alarlarsa, onda onların rəsmlərini çəkib ali təhsil müəssisələrinin divarlarına və şəhərin müxtəlif yerlərinə yapışdıracaqlar.



Amma bu da son deyil. Üzərində "Rüşvətsiz təhsil" yazılan qadın əl çantaları və sırğalar hazırlanmasına sifariş verilib. Hərəkat ali təhsil müəssisələrində imtahanların monitorinqini aparmaq üçün Təhsil Nazirliyinə müraciət edib. Bundan başqa, simvolik olaraq rüşvətin «dəfn edilməsi» ilə bağlı mərasim keçirilməsi planlaşdırılır.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş rəhbəri Vurğun Əyyub hesab edir ki, yaxşı oxuyan tələbədən rüşvət alınması çox az hallarda olur. Amma bununla yanaşı, elə müəllimlər var ki, onlara tələbənin necə oxumasının fərqi yoxdur, onu ancaq pul maraqlandırır. Belə müəllimlər isə ali məktəblərdə çox deyil.



Bu kimi fikirlərin tez-tez səsləndiyini deyən "Dalğa" Gənclər Hərəkatının rəhbəri Ramin Hacılı isə deyir ki, təhsildə rüşvət məsələsi heç də həmişə tələbənin pis oxumasıyla bağlı olmur. O, bunu daha çox təhsilin Sovet dövründən qalma ənənələrdən azad ola bilməməsi ilə əlaqələndirir.



İndiyə qədər bir manat da olsun rüşvət vermədiyini deyən Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq Fakültəsinin tələbəsi Pəri Ağayeva isə təhsil sistemindəki rüşvətxorluğu daha çox bu sahədə çalışanların aldığı məvacibin azlığı ilə izah edir.



Amma bununla yanaşı, o da hesab edir ki, yaxşı oxuyan tələbədən heç kim məcburi pul tələb edə bilməz.
XS
SM
MD
LG