Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:51

İpoteka kreditləri yanvarın 20-dən sonra veriləcək


Səs: Real audio
Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyir ki, müvəkkil banklar gizli sövdələşmələr aprasalar, onlara xəbərdarlıq ediləcək İpoteka kreditləri əhaliyə yanvarın 20-dən sonra verilməyə başlanacaq. Bu haqda məlumat verən Milli Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyir ki, artıq İpoteka Fondu dövlət qeydiyyatından keçirilərək bank hesabı açılıb və büdcədə nəzərdə tutlumuş 30 milyard manat hesaba köçürülüb. Bundan başqa kreditləri verəcək bankların siyahısı da müəyyənləşdirilib. Hərçənd cənab Rüstəmov bəzi prosedurlar razılaşdırılmadığından bankların adlarını açıqlamadı.



Cənab Rüstəmov hesab edir ik, ipoteka kreditlərinin verilməsi mənzillərin qiymətlərinin artmasına təsir etməyəcək. İdarə Heyətinin sədri bildirir ki, bu kreditlər aztəminatlı əhali üçün nəzərdə tutulduğundan mənzil tikintisində dəyişiklik ola, azkvadratlı və ucuz qiymətə evlərin inşasına başlana bilər.



O, deyir ki, əhalini maraqlandıracaq sualları cavablandırmaq və bürokratik halların qarşısını almaq məqsədlə «qaynar xətt» yaradılacaq və şəxsən özü bu prosesə nəzarət edəcək.



Elman Rüstəmov bəyan edir ki, müvəkkil banklar gizli sövdələşmələr aparsalar, onlara xəbərdarlıq ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG