Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:30
Rubrikalar

AFFA komandaları cərimələdi


Səs: Real audio
10 və 20 manatlar martın ortalarında, 50 və 100 manatlar isə apreldə dövriyyəyə buraxılacaq - Dekabrın 29-da AFFA-nın Nizam-İntizam Komitəsinin toplantısında ölkə çempionatının birinci dəstəsində çıxış edən Bakının "Ədliyyə" komandasının 4 oyunçusu Zaqatalanın "Simurq" komandası ilə görüşdə sarı vərəqə aldığı üçün klub 500 min manat cərimələnib. Həmin oyunda bakılıların oyunçusu Ruslan Həmidov hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə alıb. Artıq o, növbəti oyundan kənarda qalıb.



Yevlaxın "Yeni Yevlax" və Sumqayıtın "Gənclərbirliyi–2" komandalarının görüşündə yol verilən pozuntulara görə də cəza tətbiq olunub. Qırmızı vərəqəyə layiq görülən Sumqayıt oyunçusu Emin Kazımov növbəti 2 oyundan kənarda qalıb. Onun təmsil etdiyi klubsa oyunçunun hərəkətlərinə görə 1 milyon manat cərimə ödəməli olacaq. Məlumatı AFFA-nın mətbuat xidməti yayıb.



- Dekabrın 30-da "ABU Arena" İdman Kompleksində həndbol üzrə ölkə kubokunun final yarışları keçiriləcək. Qadınlar arasında yarımfinal oyununda "ABU-2"ni 49:7 hesabı ilə məğlub edən ötənilki ölkə çempionu "ABU" klubu finalda "Qaradağ–Sement"lə görüşəcək. "Qaradağ-Sement"in yarımfinalda rəqibi olmadığına görə o, bu mərhələni mübarizəsiz keçib.



Kişilər arasında yarımfinalda isə "RİOEUGİM" komandası "ABUniversitet"i 32:18 hesabı ilə məğlub edib. O, finalda "DİN HK" ilə oynayacaq.
XS
SM
MD
LG