Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:29

Gələn il Bakı kəndlərinin inkişaf proqramı təsdiqlənəcək


Səs: Real audio
Həlak olanların ailələri 25 min ABŞ dolları alacaq «Gələn ilin yanvarında Bakı kəndlərinin inkişaf proqramı təsdiqlənəcək». Bunu prezident İlham Əliyev dekabrın 29-da Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Sağlamlıq Mərkəzinin təməlqoyma mərasimində bildirib. Dövlət başçısı deyib ki, bu təməlqoyma məhz həmin proqramın bir hissəsidir.



Noyabrın 2-də Bakı Şəhər İcra Hakimiyyətində Bakının kənd və qəsəbələrinin inkişaf proqramı müzakirə olunub.Hazırda isə Azərbaycanda Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramı həyata keçirilir.



Cənab Əliyev onu da vurğulayıb ki, Azərbaycan hazırda yeni dövrünü yaşayır, iqtisadi, sosial inkişaf sürətlə gedir.



O, bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindən sonra ölkəyə böyük həcmdə maliyyə vəsaiti gələcək, bu vəsaitdən istifadə edilərək insanları narahat edən bütün məsələlər - yollar, məktəblər, xəstəxanalar, elektrik stansiyaları və başqa məsələlər öz həllini tapacaq.



Zabratda həmçinin orta məktəb binasının təməlqoyma mərasimi də keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG