Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:43

Xəzərdə iki illik tədqiqata başlanıb


Səs: Real audio
Həlak olanların ailələri 25 min ABŞ dolları alacaq Azərbaycan Milli Elmlər Akademiyasının (MEA) Geologiya İnstitutu ABŞ-ın Miçiqan statındakı Vayn Dövlət Universitetinin Geoloji Departamenti ilə birgə Xəzər dənizində iki illik tədqiqata başlayıb. MEA yer elmləri bölməsindən verilən məlumata görə, tədqiqatların məqsədi Azərbaycanın ərazisində axan böyük çayların Xəzərə töküldüyü yerlərdə izotopların köməyi ilə nutrientlərin (orqonik ve qeyri-orqanik maddələrin birləşməsi) paylanılmasını öyrənməkdir.

Nutrientlər Xəzərin flora və faunasının qidalanmasında böyük rol oynayır.



Hazırda dünyada bu problem üzrə aparılmış tədqiqatlar araşdırılır. Çöl tədqiqatları 2006-cı ilin yazı üçün planlaşdırılıb.



Belə bir tədqiqat Xəzərdə ilk dəfədir aparılır. Layihə ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondunun qrantı ilə maliyyələşdirilir. Azərbaycan tərəfdən koordinator Geologiya İnstitunun neft-qaz geologiyası və geokimyası şöbəsinin baş elmi işçisi, professor Cingiz Əliyev, ABŞ tərəfdən isə Vayn Dövlət Universitetinin geologiya departamentinin professoru Baskaran Markdır.
XS
SM
MD
LG