Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:34

<i>«Gün Səhər»</i>: «Fərdi uçotun təşkili başa çatir»


Səs: Real audio
Həlak olanların ailələri 25 min ABŞ dolları alacaq «Gün Səhər» qəzetindəki «Fərdi uçotun təşkili başa çatir» sərlövhəli məqalədə Fərəh yazır ki, işləyənlər gələn aydan Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidir. Müəllif fondun sədri Səlim Müslümova istinadən bildirir ki, «Əmək pensiyaları» və «Dövlət sosial müavinətləri haqqında» qanun layihələrinə əsasən, sosial sığorta sisteminin tamamilə yenidən qurulması nəzərdə tutulur. Səlim Müslümovun sözlərinə görə, bu həftə qanun layihələri Milli Məclisin müzakirəsinə çıxarıla bilər. Aparılacaq islahat nəticəsində hazırda pensiyaçılar üçün nəzərdə tutulan 73 adda güzəşt və əlavə faktorlar aradan qaldırılacaq. O, yeni sistemə görə, bütün pensiyaların baza, sığorta və yığım hissələrindən ibarət olacağını deyir.



Millət vəkili Əli Məsimov «Ayna» qəzetinə müsahibəsində yeni parlamentin əvvəlkindən bir çox göstəricilərə görə zəif olması fikri ilə razılaşmır. Bildirir ki, bu haqda Milli Məclis bir müddət işlədikdən sonra fikir söyləmək olar. «Azadlıq» blokunun və Milli Birlik Hərəkatının seçilmiş nümayəndələrinin parlamentə getməkdən imtina etmələrinə münasibət bildirərkən cənab Məsimov deyib ki, blokun bu qərarına hörmət edir, amma düşünür ki, parlamentə getmək istəyən insanların mövqeyinə hörmət edilmədi.



«Yeni Azərbaycan» qəzetinin «2005-ci il Azərbaycanın daxili və xarici siyasətində hansı mühüm hadisələrlə yadda qaldı və gələn il nələrə ümid edirik» - sualını cavablandıran Prezidentin İcra Aparatının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov hesab edir ki, ötən il Azərbaycanın hüquqi və demokratik inkişafında mühüm mərhələ oldu. «Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən məqamlar yaranıb» - deyən cənab Məmmədov bildirir ki, Azərbaycan dövləti inkişaf edib, güclənib və bu, Ermənistanda qısqanclıq yaratmağa başlayıb. Bütün bunların Yerevanı çox güclü təzyiq altında qoyduğunu deyən Novruz Məmmədov hesab edir ki, belə situasiyada Ermənistan seçim qarşısındadır, ola bilsin ki, 2006-cı ildə onlar sağlam və praqmatik düşüncə çərçivəsində müəyyən addım ata bilsinlər.
XS
SM
MD
LG