Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:53

«İki əsrin» naziri...


Səs: Real audio
Həlak olanların ailələri 25 min ABŞ dolları alacaq Polad Bülbüloğlu 18 ildir ki, mədəniyyət naziridir, ancaq heç vaxt ondan bu qədər açıq narazılıq bildirilməmişdi



70-ci illər, hətta 80-ci illərin sonlarına qədər Polad Bülbüloğlunu Azərbaycanda, o cümlədən keçmiş SSRİ məkanında ifaçı, bəstəkar və nəhayət, SSRİ xalq artisti, Bülbülün oğlu kimi tanıyırdılar. 1988-ci ildə isə Mərkəzi Komitənin birinci katibi Əbdülrəhman Vəzirovun sərəncamı ilə o, Azərbaycanın mədəniyyət naziri təyin edildi. O, indi də nazirdir. 1988-ci ildən bu yana Azərbaycanda siyasi hadisələrin ən qaynar dövründə də Polad Bülbüloğlu öz postunda qaldı.



Son bir neçə ildə, daha dəqiqi Heydər Əliyevin ölümündən sonra isə Mədəniyyət Nazirliyi və Polad Bülbüloğlunun başı necə deyərlər, qaldadır.



«Onun mənə etdiyi düşmənin də başına gəlməsin» deyən xalq artisti Lütfiyar İmanov fikirlərinə onu əlavə etdi ki, nazirin göstərişi ilə o, Opera Teatrının səhnəsinə buraxılmır.



Mərhum prezident Heydər Əliyev bir neçə muğam ifaçısı və opera solistlərini – xalq artistləri Arif Babayev, Baba Mahmudoğlu, Zeynəb Xanlarova, o cümlədən Fidan və Xuraman Qasımovalar, Lütfiyar İmanov və Müslüm Maqomayevin Opera Teatrının ömürlük solisti olmalarına dair sərəncam imzalamışdı. Bir neçə ay əvvəlsə nazir Polad Bülbüloğlunun qərarı ilə həmin ifaçılar ömürlük solist statusunu itirdilər.



Qərarda Opera Teatrında qonorar sisteminin tətbiq olunması nəzərdə tutulur. Yəni adıçəkilən ifaçılar o vaxt həmin qonorarı alacaqlar ki, onlar Opera Teatrının səhnəsində çıxış etsinlər. Narazılar dəstəsinə qoşulan bu sənətkarlarınsa umacaqları budur ki, heç olmasa, sənətlərinə və özlərinə hörmət olaraq onlara bu haqda əmrlə yox, şəxsən məlumat veriləydi.



Daha bir problem SSRİ və Azərbaycanın xalq artisti Rəşid Behbudovun ailəsi ilə nazir Polad Bülbüloğlu arasında yaşanır. Behbudovlar ailəsi iddia edir ki, nazir Rəşid Behbudovun 90 illik yubileyinin keçirilməsinə və onun ev muzeyinin açılmasına problemlər yaradır.



Xalq artisti, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin rəhbəri Nəriman Əzimov da narazılar sırasındadır. O deyir ki, AzTV-nin balansından çıxarılan və Mədəniyyət Nazirliyinə verilən bu orkestri Polad Bülbüloğlu ləğv etməyi planlaşdırır.



Xalq artisti, kaman ustası Habil Əliyev isə deyir ki, nə qədər ki, Polad Bülbüloğlu Azərbaycanda mədəniyyət naziridir o, bütün konsertlərdə iştirakdan imtina edib.



Bu narazılıqlar sırasına son günlər biri də əlavə olunub. Polad Bülbüloğlunun uşaqlıq dostu, SSRİ və Azərbaycanın xalq artisti Müslüm Maqomayev «o yerdə ki, mədəniyyətin başında Polad Bülbüloğlu durur mən oranın vətəndaşı ola bilmərəm» deyib Azərbaycan vətəndaşlığından imtina edib.



Əməkdar incəsənət xadimi, uzun illər Türkiyədə çalışan bəstəkar Faiq Sücəddinovu da Azərbaycan mədəniyyətinin zərərçəkən simaları kimi təqdim edirlər. Elə bu təqdimatın izinə düşüb onunla danışmağı da lazım bildik.



Faiq Sücəddinov hesab edir ki, bu günlər nazir Polad Bülbüloğluna qarşı təzyiqlər çoxaldığına və hətta bəzi məqamda təhqirə keçdiyinə görə bu axına qoşulmaq istəmir.



«Gün səhər» qəzetinin mədəniyyət yazarı Ramilə Qurbanlı isə deyir ki, Mədəniyyət Nazirliyi və Polad Bülbüloğlu ətrafında baş verənlərə son qoymağın yeganə yolu nazirin özünün bu məsələlər barədə açıqlama verməsidir. Əks halda vəziyyətin getdikcə qızışacağını söyləyən müsahibimiz hesab edir ki, ifaçı və bəstəkar kimi tanınan Polad Bülbüloğlunun məmur kimi fəaliyyətini o qədər də qənaətbəxş saymaq olmaz.



Ramilə Qurbanlını

Günün bütün mövzuları

XS
SM
MD
LG