Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:07

Yeni Azərbaycan Manatının təqdimat mərasimi keçirildi<p align=`left`><br><br>


Səs: Real audio
Həlak olanların ailələri 25 min ABŞ dolları alacaq Dekabrın 28-də Yeni Azərbaycan Manatının (YAM) təqdimat mərasimi keçirildi. Milli Bankın (MB) sədri Elman Rüstəmov dedi ki, 1 YAM köhnə 5 min manata bərabərdir. Onun sözlərinə görə, məqsəd manatı bu səviyyədə saxlamaq yox, onu daha da möhkəmləndirməkdir.Yeni manatın dizaynını keçirilən beynəlxalq müsabiqədə qalib gələn avronun müəllifi Robert Kalina hazırlayıb. Pullar Avstriyanın Mərkəzi Bankının çap şirkətində hazırlanıb. Onun mühafizəsi avronun mühafizəsinə bərabərdir.



YENİ AZƏRBAYCAN MANATLARI



YAM-ın kağızını isə İsveçrə frankı üçün kağız istehsal edən şirkət hazırlayıb. Bu işlərin həyata keçirilməsində rəsmi məsləhətçi kimi İsveçrə Bankı seçilib.



Dövriyyəyə buraxılan yeni pullar 1, 5, 10, 20, 50 və 100 manatlıqlardır. Onların üzərində tarixə, mədəniyyətə, gəncliyə və sair mövzulara həsr olunmuş təsvirlər verilib. Dövriyyəyə eləcə də 1-3-5-10-20 və 50 qəpiklər buraxılır.

Elman Rüstəmov deyir ki, manatın hazırlanmasında ən yeni texnologiyidan istifadə olunduğu üçün artıq beynəlxalq sərgilərə dəvət edilir.



Tədbirə qatılan prezident İlham Əliyev YAM-ın dövriyyəyə buraxılmasını əhəmiyyətli hadisə adlandırdı. Onun sözlərinə görə, bu, Azərbaycanın inkişaf dinamikasının təzahürüdür. Prezident əlavə etdi ki, MB öz işini elə qurmalıdır ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərindən gələn gəlirlər, əməkhaqlarının, təqaüdlərin artırılması yeni manata mənfi təsir göstərə bilməsin.



Jurnalistlərlə söhbətində Dağlıq Qarabağ münaqişəsinə də toxunan dövlət başçısı danışıqlarda Azərbaycanın mövqelərinin möhkəmləndiyini bildirsə də, əlavə etdi ki, ancaq bu hələ o demək deyil ki, problem 2006-cı ildə öz həllini tapacaq. Hər şey Ermənistanın nə qədər konstruktiv mövqe tutmasından asılıdı: «Əgər münaqişə ədalətli həllini taparsa, bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi orada yaşayanların təhlükəsizliyi baxımından təbiidir və Azərbaycan buna razılıq verə bilər».



Prezident Rusiyanın «Qazprom» şirkətilə 4 milyard kub metrdən çox qazın alınması barədə iki dəfə artıq qiymətə müqavilənin bağlandığını da dedi. Onun sölərinə görə, bu addımın atılması qaza olan ehtiyacdan irəli gəlir: «Başqa yol olmayıb. Hazırda alternativ mənbələr araşdırılır və İrandan qaz alınması məsələsi də istisna olunmur».

Günün bütün mövzuları

XS
SM
MD
LG