Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:45

İctimai birlik cəzaçəkmə yerlərində çatışmazlıqlar olduğunu deyir<p align=`left`><br><br>


Səs: Real audio
Auksion Mərkəzinin direktoru Ağəli Əhmədov barədə isə həbs-qətimkan tədbiri dəyişdirilib «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi 12 və 14 saylı İslah Əmək Müəssisələrində (İƏM) monitorinq keçirib. Təşkilatın hüquqşünası Rəvan Səmədovun verdiyi məlumata görə, hər iki həbsxanada nöqsanlar aşkarlanıb. Məlum olub ki, 12 saylı İƏM-də uzunmüddətli görüş otağı, kitabxana və klub yoxdur. Qazanxana işlək vəziyyətdə deyil, hamam istifadəyə yaramır, cərimə təcridxanasında süni işıqlandırma və su yoxdur, çarpayı və oturacağı beton səki əvəz edir.



14 saylı cəzaçəkmə yeri də qızdırılmır, yanğın təhlükəsizliyi qənaətbəxş deyil. Pəncərələrin əksəriyyətinə isə şüşə əvəzinə müşəmbə vurulub.



Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsindən isə bildirdilər ki, Azərbaycanın bütün İƏM-nin beynəlxalq standartlara cavab verməsi üçün işlər görülür. Çatışmazlıqların aradan qaldırılması üçün 2006-cı ildə bu tədbirlər daha da sürətlənəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG