Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:42

<i>«Yeni Azərbaycan»</i>: «Rəsul Quliyev ADP-dən uzaqlaşdırılır»


Səs: Real audio
«AzAL» Dövlət Konserni dekabrın 23-də Bakı yaxınlığında AN-140-100 sərnişin təyyarəsi qəzaya uğradıqdan sonra bu tipdən olan təyyarələrin istismarına və ya onun alınmasına heç bir qadağa qoymayıb «Yeni Azərbaycan» qəzetindəki «Rəsul Quliyev ADP-dən uzaqlaşdırılır» sərlövhəli məqalədə Günel eks-spikerdən sitat gətirərək yazır ki, müxalifət kifayət qədər səmimi şəkildə demokratik ideal ətrafında birləşə bilmir, iddialar qırağa qoyulmur. Cənab Quliyevin bu fikri ilə razılaşan müəllif yazır ki, ayrı-ayrılıqda hər bir müxalifət liderinin siyasi ambisiyaları onlar arasında ziddiyyətlərin bünövrəsini qoyub. Oktyabrın 17-də «Azadlıq» seçki blokunun liderlərinin ABŞ-da siyasi mühacir həyatı yaşayan Rəsul Quliyevi qarşılamaq üçün aeroporta belə getməmələri onların əslində eks-spikerə gizli antipatiya nümayiş etdirmələridir.



İnsan Haqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova «Xalq Cəbhəsi» qəzetinə müsahibəsində deyir ki, şikayətlər çox olsa da, müdaxilə edə bilmirlər və buna görə də əhalinin narazılığı ilə üzləşməli olurlar. O, rəhbərlik etdiyi qurumun siyasi əqidəsinə görə, insanlara fərq qoyması haqda cəmiyyətdə yayılmış fikirlərin yanlış olduğunu deyir. «İşgəncələrə məruz qalmış şəxslərin məsələsi necə araşdırılır» - sualına isə, ombudsman QHT-lərlə sıx əməkdaşlıq etdiklərini və daxil olan bütün şikayətləri araşdırdıqlarını bildirir. Onun sözlərinə görə, hər bir polis bölməsində ombudsmanın şüarları asılıb və burada işgəncəyə məruz qalmış hər bir kəsin müraciət etməsi üçün əlaqə telefonları yazılıb. Xanım Süleymanova universitetlərdən qovulan tələbələrin də müraciətlərini araşdırdıqlarını deyir.



«Yeni Müsavat» qəzetindəki «Hakimiyyət repressiyaları genişləndirir» başlıqlı məqaləsində Leyla yazır ki, prokurorluq orqanları «Azadlıq» blokunun sentyabrın 25-də keçirdiyi icazəsiz aksiyada guya mitinqçilərin polisə müqavimət göstərməsi ilə bağlı araşdırmalara başlayıb. Artıq AXCP sədrinin mühafizəçisi Elmar Rüstəmov məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Dekabrın 27-də ondan şahid qismində ifadə alıblar. Cənab Rüstəmovun vəkili Osman Kazımov qəzetə açıqlamasında hadisəni müxalifət qüvvələrinə təzyiq kimi dəyərləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG