Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:07

Regionlarda apellyasiya məhkəmələri yaradılır


Səs: Real audio
«AzAL» Dövlət Konserni dekabrın 23-də Bakı yaxınlığında AN-140-100 sərnişin təyyarəsi qəzaya uğradıqdan sonra bu tipdən olan təyyarələrin istismarına və ya onun alınmasına heç bir qadağa qoymayıb İlham Əliyev təklif edir ki, regionlarda apellyasiya məhkəmələri yaradılsın. Çünki hamı şikayətə elə Bakıya gəlir. Ancaq o biri tərəfdən, yerli məhkəmənin qərarından narazı olanın heç olmasa, Bakıya ümidi var. Belə şikayət imkanını görən yerli məhkəmə də bir az özünü yığışdırır



Rəsmi məlumatlara görə, il ərzində Azərbaycan məhkəmələrində 62-65 min mübahisəyə baxılır. Bunun isə 15 minə qədəri Apellyasiya Məhkəməsinin payına düşür.



Parlamentin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov deyir ki, regionlarda apellyasiya məhkəmələrinin yaradılması fikrinin ortaya çıxması uzun müddət aparılmış təhlilin nəticəsidir. Bu işin həyata keçirilməsində məqsəd insan hüquqlarının daha səmərəli qorunmasına, vətəndaşlara daha səmərəli ədalət mühakiməsi sistemi yaratmaqdır.



Əli Hüseynovun fikrincə, regionlarda apellyasiya məhkəmələrinin yaradılması eyni zamanda dövlətin və vətəndaşların əlavə maddi vəsait sərfinnin qarşısını alacaq. Belə ki, Apellyasiya Məhkəməsi işə baxarkən prosesdə bütün tərəflərin iştirakı vacibdir. Bu isə o deməkdir ki, bütün tərəflər, vətəndaşlar uzun yol qət edib paytaxta gəlməli və proses yekunlaşana qədər Bakıda qalmalıdırlar. Bundan əlavə, ittiham olunan şəxs prosesdə iştirak etməlidir, buna isə maliyyə sərf edilir.



Əli Hüseynov deyir ki, indi Azərbaycanın regionlarının iqtisadi cəhətdən inkişaf etdiyi nəzərə alınmalıdır. İnkişaf olan yerdə isə mübahisə də var. Bu baxımdan da apellyasiya məhkəmələrinin regionlarda yaradılması əhəmiyyətlidir.



Hüquq müdafiəçisi Murad Sadəddinov isə deyir ki, vətəndaşların və ittiham olunan şəxsin hansısa bir ucqar rayondan Bakıya Apellyasiya Məhkəməsinə gətirilməsi probleminin aradan qaldırılması müsbət haldır. Ancaq apellyasiya məhkəməsinin yalnız Bakıda olmasının müsbət tərəfləri də var. Belə ki, regionlarda yaradılacaq apellyasiya məhkəməsinin təsir altına düşmək təhlükəsi var.



Murad Sadəddinov əlavə edir ki, ancaq 3-cü instansiya olan Ali Məhkəməni də unutmaq olmaz. Əgər regionda yerləşən apellyasiya məhkəməsi öz qərarını təsir altında çıxarsa, onda şikayətçinin Bakıda yerləşən Ali Məhkəməyə müraciət etmək imkanı qalır.



Apellyasiya Məhkəməsindən və Dövlət Statistika Komitəsindən Apellyasiya Məhkəməsinin il ərzində nə qədər hökmü ləğv etdiyini və qüvvədə saxladığını öyrənmək cəhdlərimiz nəticə vermədi.



Əslində, Apelyasiya Məhkəmələrinin yükünün çox olmasını – deyək ki, il ərzində təxminən 65 min işin 15 minə qədərinə baxmasını əsas gətirərək bu instansiyanı regionlarda da yaratmaq normal haldır. Ancaq digər tərəfdən, Apellyasiya Məhkəməsinin işinin bu qədər çox olması ümumən məhkəmələrin fəaliyyəti baxımından heç də yaxşı göstərici deyil. Çünki, normal məhkəmə sistemi Apellyasiya Məhkəməsinə bu qədər şikayətin getməsinə imkan verməməlidir.



Vəkil Adil İsmayılov başqa ölkələrdə belə vəziyyətlə rastlaşmadığını dedi. Ancaq eyni zamanda o, Azərbaycanda Apellyasiya Məhkəməsinin il ərzində bu qədər işə baxmasında da təəccüblü bir şey görmədiyini bildirdi.



Adil İsmayılov deyir ki, məhkəmələr müstəqil olsa, bütün məsələlər öz həllini tapar. Əks təqdirdə məhkəmələr üzərində neçə yüksək instansiya yaradılsa da, bu, şikayətlərin sayının azalmasına gətirib çıxarmayacaq.



Hüquq müdafiəçisi Murad Sadəddinov isə deyir ki, əgər Apellyasiya Məhkəməsi hər hansı qərarı ləğv etdikdən s

Günün bütün mövzuları

XS
SM
MD
LG