Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:19

Sərhəddə silah-sursat aşkarlanıb


Səs: Real audio
İşgəncələrə Qarşı Komitənin rəhbəri Elçin Behbudov: «Sabiq nazir deyir ki, günahım yoxdur, çirkin oyunların qurbanı olmuşam» Dekabrın 27-də səhər saatlarında Rusiya-Azərbaycan sərhəddinin Samur körpüsü yaxınlığında Azərbaycan sərhədçiləri kimə məxsus olduğu bilinməyən silah-sursat tapıblar. Hadisə ilə bağlı Qusar Rayon Polis Şöbəsi təhqiqat aparır. Məlumatı sözügedən şöbənin rəisi Eldar Cəfərov verdi. Onun sözlərinə görə, iki ölkə sərhədçiləri sərhəd əməliyyatı keçirirlər. Dekabrın 27-də sərhədçilər Samur körpüsünə baxış zamanı yerdə gizlədilmiş kustar yolla hazırlanmış səkkiz ədəd əl qumbarası və 18 ədəd tapança gülləsi aşkarlayıblar. Cənab Cəfərovun sözlərinə görə, bu silah-sursat son vaxtlar həyata keçirilən əməliyyatlarla bağlı qanunsuz silah saxlayan şəxslərə də məxsus ola bilər.



Dağıstan Daxili İşlər Nazirliyindən isə dedilər ki, onlar da əməliyyat zamanı xeyli qanunsuz silah-sursat aşkarlayıblar.
XS
SM
MD
LG