Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:39

Azərbaycan Antidopinq Konvensiyasını pozan ölkələr siyahısına düşə bilər<p align=`left`><br><br>


Səs: Real audio
İşgəncələrə Qarşı Komitənin rəhbəri Elçin Behbudov: «Sabiq nazir deyir ki, günahım yoxdur, çirkin oyunların qurbanı olmuşam» «Güləş və Cüdo federasiyaları rəhbərlərinin diqqətsizliyindən Azərbaycanın adı Antidopinq Konvensiyasını pozan ölkələr siyahısına düşə bilər. Artıq iki azərbaycanlı idmançının adı bu sənədi pozan şəxs kimi qeydə alınıb». Bunu ilin ən yaxşı 10 idmançısına mükafatların verilmə mərasimində Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev dedi. Cənab Qarayev bildirir ki, bu səbəbdən Azərbaycana gətiriləcək medalların ikisi sahiblərinə verilməyib.Yəni nəticələr ləğv olunub. Nazirin sözlərinə görə, bəzi federasiyalar və idmançılar müxtəlif səbəblərdən nazirliyin ayırdığı həkim briqadasının müayinəsindən keçmir, özlərinin münasib bildikləri həkimlərə müraciət edirlər.



Sözügedən konvensiyanı pozan federasiyaların mətbuat üçün açıqlamalarında isə bildirilir ki, bu təsadüfən baş verən hadisədir. Federasiyalar bir daha belə problemlərlə üzləşməmək üçün bundan sonra nazirliyin məsləhət bildiyi mütəxəssislərlə işləyəcəklərini də vurğulayırlar.



Gənclər, İdman və Turizm Nazirliyi bütün bu problemlərə baxmayaraq, ilin ən yaxşı on idmançısının, hakiminin, məşqçisinin və komandalarının adlarını da açıqladı.



4-6-cı yerləri Yunan-Roma güləşi, cüdo və taykvando üzrə Avropa çempionları Vitali Rəhimov, Elçin İsmayılov və Niyaməddin Paşayev tutur.

Sərbəst güləş və şahmat üzrə Avropa çempionatının gümüş mükafatçıları Elman Əsgərovla Teymur Rəcəbov da «ilin idmançıları» oldular. Sıra kiqboksinq üzrə dünya çempionu Eldar Qazıbəyov və karate üzrə Avropa çempionu Ceyhun Ağasıyevlə tamamlanır.



Qadınlardan ibarət otüstü hokkey və voleybol komandaları - «Ataspor»la «Azərreyl», basketbol üzrə kişilərdən ibarət «Qala» komandası «ilin komandaları» elan olundular. «Ataspor»un baş məşqçisi Aydın Paşayev «ilin məşqçisi», beynəlxalq dərəcəli hakim Hicran Şərifov «ilin hakimi» oldu. Nazirlyin apardığı sorğulara görə, ATV-nin idman proqramı «ilin ən yaxşı idman verilişi», idman məlumatlarını dərc edən ən yaxşı qəzet və agentlik isə «525-ci qəzet»lə «Olaylar» İnformasiya Agentliyi oldu.



Bu il iştirakçısı olduqları müxtəlif yarışmalardan azərbaycanlı idmançılar ümumilikdə 213 medal gətiriblər. «İlin ən yaxşı idmançıları» ilə yanaşı ayrılıqda həmin medal sahiblərinin hər birinə pul mükafatı və qiymətli hədiyyələr də təqdim olundu.
XS
SM
MD
LG