Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:04
Rubrikalar

Ötən həftədən «Multimedia» Mərkəzinin rəhbəri Osman Gündüz danışır


Səs: Real audio
Təhsil Nazirliyi isə rüşvət hallarının aradan qalıdırılması üçün yenə «Qaynar Xətt» yaradır Ötən həftə mənim üçün bir sıra xoş və bəd hadisələrlə yadda qalan oldu.



Bakıdan Qazaxıstana uçan təyyarənin qəzaya uğraması və xeyli sayda insanların həlak olması təbii ki, ürəkağrıdan bir hadisədir.



Ölkə rəhbərinin Naxçıvana səfəri, İran prezidenti ilə görüşü və İran tərəfindən qazın verilməsini Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən məsələ kimi qiymətləndirirəm.



Eyni zamanda ötən həftə sahibkarlardan bir neçəsinin həbsi xoşagəlməz hadisə kimi yadda qaldı.



Bir sıra müxalifət partiyalarının daxilində bu gün ciddi hadisələr müşahidə olunur. Mən bunu xoşagəlməz hadisə kimi dəyərləndirirəm. Çünki vətəndaş cəmiyyətinin bir subyekti kimi partiyalar da mühüm rol oynayır. Və təbii ki, müxalifət partiyalarının iqtidar üzərində nəzarəti nə qədər güclü olarsa, o qədər səmərəli olar.



Axırıncı bir hadisəni də qeyd etmək istərdim. "Azadlıq" qəzetinin nəşrə başlamasının 16 ili tamama oldu. Bununla bağlı qəzetin kollektivini, qəzetsevərləri təbrik edirəm. Eyni zamanda bu qəzetin ad günü ilə bağlı mənim yadıma gözəl bir insan – Nəcəf Nəcəfov düşür.
XS
SM
MD
LG