Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 04:50

Regionlarda apellyasiya məhkəmələri yaradıla bilər


Səs: Real audio
Millət vəkili Əli Hüseynov deyir ki, hakimlərin sayının 90-100 nəfər artırılmasına da ehtiyac var Yaxın vaxtlarda regionlarda apellyasiya məhkəmələri yaradıla bilər. Bu barədə «Azadlıq» radiosuna Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Daimi Komissiyasının sədri, millət vəkili Əli Hüseynov məlumat verdi.



Məsələ ilə bağlı dekabrın 26-da «Bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında» qanun layihəsi komissiyada müzakirə edildi. Əli Hüseynov deyir ki, ölkə prezidentindən gələn bu təklif artıq Məhkəmə - Hüquq Şurasında da müzakirə edilib. Apellyasiya məhkəmələrinin konkret hansı bölgələrdə yaradılmasını isə prezident müəyyənləşdirəcək.



Ə.Hüseynovun sözlərinə görə, məqsəd vətəndaşlar üçün daha səmərəli ədalət mühakiməsi sistemi yaratmaqdır. O, bildirir ki, əsas düzəlişlərdən biri də Naxçıvan Muxtar Respublikasında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin yaradılmasıdır.



Ədliyyə Nazirliyinin idarə rəisi Azər Cəfərov isə deyir ki,

əslində, Naxçıvanda yaradılacaq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə sayca üçüncü olacaq. Çünki Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə də mövcuddur. Onun sözlərinə görə, hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin iş prinsipini təkmilləşdirmək məsələsi gündəmdədir.



Millət vəkili Əli Hüseynov isə deyir ki, Azərbaycanda hakimlərin sayının 90-100 nəfər artırılmasına da ehtiyac var. Onun sözlərinə görə, ölkədə hər 100 min nəfərə 4 hakim düşür. Hər hakim isə bir gündə 6-7 işə baxmaq məcburiyyətində qalır.



İl ərzində ölkədə 62-65 min işə baxılır. Onun da 11 mini Apellyasiya Məhkəməsinin üzərinə düşür.
XS
SM
MD
LG